Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47

►“Cinsi azlığın nümayəndələri intihara sürüklənir, döyülür, təqib olunur, ev dustağı edilir”

“Homoseksual olduğumu bilən kimi mənə münasibət tamam dəyişir. Fərqli olduğumu məktəbdə, ən axırıncı sinifdə bildim. Sonra ali məktəbə qəbul oldum, orda da çoxu mənə əyri-əyri baxırdı. Nəsə, birtəhər oxuyub qurtardım. Ancaq onlar kimi olmadığıma görə oğlanların kinayəli baxışlarını, qızların gülüşünü həmişə sezirəm”.

Şərti adı Arzu olan homoseksual gənc deyir, Azərbaycanda iş tapmaq asan olmasa da, bir- iki dəfə iş tapıbmış. Sorğuya gedəndə isə cinsi azlığın nümayəndəsi olduğunu bilincə onu işə qəbul etməyiblər. İndi Arzu xaricə getmək barədə düşünür:

“Çünki burda məhz homoseksual olduğuma görə yaşaya bilmirəm, adam o baxışlar altında məhv olur”.

Azərbaycan Avropada homoseksualalrın ən pis yaşadığı ölkədir. «The Guardian» qəzeti yazır ki, Azərbaycan LGBT kriteriyalarının yalnız 5 faizinə uyğun gəlib.

ILGA –Avropa Göyqurşağı İndeksi (ILGA-Europe Rainbow Index) Avropanın 49 ölkəsinin qanunlarını, siyasətini, bunların LGTB icmalarına təsirini araşdırır. Ən aşağı balları Ermənistan, Rusiya və Azərbaycan alıb.

Qurum vurğulayır ki, Azərbaycanda homoseksuallıq qadağan olunmasa da, LGTB icması nifrət cinayətlərindən və ayrı-seçkilikdən qoruna bilmir.

Dəfələrlə nifrət cinayətləri baş verib

Orxan Bahadırsoy

Orxan Bahadırsoy

Yazar Orxan Bahadırsoyun sözlərinə görə, Arzu kimi gənclərə Azərbaycanda yaşamaq doğrudan da çətindir.

O iki il öncə homoseksuallarla bağlı əsər yazandan sonra hərtərəfli qınaqla üzləşdiyini söyləyir:

“2014-cü ildə LGBT mövzusunda bir roman yazmışdım. LGBT fərdləri arasında da kifayət qədər maraqla qarşılandı. Bu romana görə mənə hədə-qorxular, təzyiqlər oldu. Azərbaycan toplumunda fərqli olan istənilən insana radikal münasibət var. Dəfələrlə nifrət cinayətləri baş verib. Homoseksuallar intihara sürükləniblər, döyülüblər, evə qapadılıblar və s. Bu radikallıq bu toplumun, bu cəmiyyətin qanında var. Belə davam etdikcə, adımız heç vaxt inkişaf etmiş cəmiyyətlər arasında çəkilməyəcək, azad da ola bilməyəcək”.

____________________________________________________________

Bunlara da bax:
Tale Bağırzadə ev dustaqlığına buraxılmadı
Gənc fəalların yeri bilinmir

____________________________________________________________

Fazil Mustafa

Fazil Mustafa

“Cəmiyyətin onlara neqativ münasibəti normaldır”

​Millət vəkili, parlamentin insan haqları komitəsinin üzvü Fazil Mustafa deyir, homoseksuallara ayrıseçkilik faktlarıyla rastlaşmayıb.

Cəmiyyətin münasibətinə gəlincə, deputat bunu normal sayır:

“Oriyentasiyasına görə bu insanların təqib olunması faktı ilə raslaşmırıq. Ola bilsin ki, cəmiyyətin mentaliteti bu kateqoriyadan olan insanların sərbəstliyinə məhdudiyyət yaradır. Bu da normal qəbul olunmalıdır. Çünki onların Hollandiya, ya da başqa ölkələrdəki kimi mütləq azadlıq imkanları Azərbaycanda məhduddur. Bütün hallarda, cəmiyyət özü buna neqativ baxır. İnsanın bioloji təbiətinə zidd bir hal olduğundan buna müsbət yanaşmaq da doğru deyil. Amma ümumi Avropa dəyərləri baxımından, insan haqları kontektsindən, onlara qarşı hər hansı bir diskriminasiya yoxdur. Onların sıxışdırılması, təqib olunması faktları mövcud deyil. Varsa, ortaya faktlar qoyulmalıdır. Bütün cəmiyyətdə dözümsüzlük var, bu da normal bir haldır. Çünki qeyri- ənənəvi bir durumdur”.

Azərbaycanda LGBT hərəkatı haqqında son illər açıq danışlır. 2014-cü ilin yanvarında LGBT fəalı İsa Şahmarlı intihar edəndən sonra gənclər onun dəfnini izdihamlı keçirdilər. O vaxtdan ölkənin LGBT təşkilatları İsa Şahmarlının ölüm gününü Azərbaycanda Homofobiya ilə Mübarizə Günü kimi qeyd edir.

Buna da bax: İsa Şahmarlı dəfn edildi

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Səmra haqda Faiq Ağayevlə Mübariz Tağıyevin fikirləri haçalanır
Heydər Əliyevin heykəli üzərinə “Gül bayramına yox deyək” yazısına görə tutulanlarn olduğu bildirilir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Gömrük müəmması. 140 milyon dollar yoxa çıxıb

Şərhləri göstər

XS
SM
MD
LG