Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Valyuta Fondu Azərbaycan haqqında nikbin proqnoz verir, amma...


BVF-nin icraçı direktoru Christine Lagarde

BVF-nin icraçı direktoru Christine Lagarde

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatına dair yeni hesabatını açıqlayıb. Hesabatda bu il Ümumi Daxili Məhsulun (ÜDM-in) 2.4 faiz azalması, qarşıdakı 4 ildə isə 1.5-2.9 faiz intervalında artımı proqnozlaşdırılır. Gələn ilə 8.5 faizlik, 2018-2020-ci illərə 4-4.5 faizlik inflyasiya gözləntisi var. Qurumun proqnozuna görə, 2020-ci ildə ÜDM istehsalı cari qiymətlərlə manat ifadəsində 67,8 milyard manat, dollar ifadəsində 43,8 milyard dollar olacaq. Proqnoza əsasən, Dövlət Neft Fondunun (DNF-nin) aktivləri indiki səviyyə ilə müqayisədə 10 milyard dollardan çox artaraq 46 milyard dollara çatacaq. Qeyri-neft ixracının indiki 1,4 milyard dollardan 2,1 milyard dollaradək artacağı gözlənir. İcmal büdcə gəlirlərini indiki 18,4 milyard manatdan 30,7 milyard manata çatacağı proqnozlaşdırılır, yəni 12,3 milyard manatlıq artımdan söhbət gedir. Bu artımın 4 milyard manatının vergi gəlirləri, təxminən 8 milyard manatdan bir qədər çoxunun Neft Fondu gəlirlərinin genişlənməsi hesabına təmin ediləcəyi gözlənilir. Neftin orta illik qiymətinin 53-57 dollar arasında dəyişəcəyi də proqnozlaşdırılır.

Ancaq Azərbaycan eksperti bu təşkilatın bir çox proqnozunu real saymır...

Təbii sual doğur: Azərbaycan iqtisadiyyatının indiki real durumunu, makroiqtisadi və institusional mühiti, özəlliklə bank sektorunun və real sektorun vəziyyətini, institusional potensialı və mühiti gözə alanda, BVF-nin 5 illik optimist proqnozları nə dərəcədə realdır?

Buna da bax:​ BVF-dən Azərbaycana islahatlar çağırışı

«Real artımdan söhbət gedə bilməz»

Rövşən Ağayev

Rövşən Ağayev

İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, vergi gəlirlərinin 5 ildə 4 milyard manat artacağı qətiyyən real deyil: «Uzun illər "kölgə iqtisadiyyatı"nın hədsiz miqyas böyüklüyü və məcburi leqallaşmanın baş verəcəyi ilə bağlı rəylər olsa da, hökumət və iqtisadiyyatın ən ağır sınaq illərində - 2015-2016-cı illərdə vergi gəlirlərini, faktik olaraq, 400-500 milyon manatdan çox artırmaq mümkün olmadı. Vergi gəlirlərini artırmaq üçün sərt inzibati mexanizmlər də fayda gətirmədi. Yalnız gömrükdə artım oldu, o da ikidəfəlik devalvasiya nəticəsində məzənnə fərqindən yaranan artımdır. Real artımdan söhbət gedə bilməz».

«Yalnız biz halda mümkündür»

«Vergi gəlirlərini artırmaq üçün sərt inzibati mexanizmlər də fayda gətirmədi. Yalnız gömrükdə artım oldu, o da ikidəfəlik devalvasiya nəticəsində məzənnə fərqindən yaranan artımdır. Real artımdan söhbət gedə bilməz»

Ekspertin fikrincə, vergi gəlirlərinin proqnozlaşdırılan səviyyədə artımı yalnız qeyri-neft sektorunun, ilk növbədə, qeyri-neft ixracının, orta hesabla, ildə 10-15 faizlik artımı şəratində təmin edilə bilər: «BVF ekspertləri isə qeyri-neft ÜDM-inə illik 2,5-3,5 faiz, qeyri-neft ixracatına 3-5 faiz civarında artım proqnozlaşdırırlar. DNF-nin gəlirlərinin 16,6 milyard manatadək çoxalacağı da proqnozlaşdırlır».

Buna da bax:​ 2025-ci ilədək iqtisadiyyatın yol xəritəsi hazırlanır

R. Ağayev deyir ki, neftin dünya bazar qiymətinə dair proqnoz (2020-ci lldə 57 dollar) nəzərə alınsa, Fondun büdcə gəlirlərinin 16,6 milyard manat olması yalnız bir halda mümkündür: «Manatın dollara məzənnəsi 2,5-ə çatmalıdır. Çünki hesablamalar göstərir ki, 1,55 manat məzənnə ilə neftin orta illik qiymətinin 55 dollar ətrafında olduğu şəraitdə DNF-nin gəlirləri maksimum 6,7-7 milyard dollar intervalında dəyişə bilər. 1,55 məzənnə ilə bu 10-11 milyard manat edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG