Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:32

Azərbaycanın Futzal millisi Kolumbiyada keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

Sentyabrın 13-də ilk oyununa çıxan komanda Afrika çempionu Mərakeşlə qarşılaşıb və görüş 5:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə qurtarıb.

Qolları 15, 18 və 33-cü dəqiqələrdə Vassoura, 29-cu dəqiqədə Qallo, 31-ci dəqiqədə isə Bolinya vurub.

Qeyd edək ki, hazırda Azərbaycan millisini braziliyalı Milton Luis Ziller Junior çalışdırır və baş məşqçi kimi bu onun millidə ilk oyunudur.

Azərbaycan yığması F qrupunda İran, İspaniya və Mərakeşlə mübarizə aparır.

13 sentyabr

F qrupu

03:00. Mərakeş - Azərbaycan - 0:5

Qollar: Vassoura 14.25; 17.01; 32.59 Qallo, 28.30. Bolinya, 30.49

Baş hakim: Jose Katemo (Anqola)

İkinci hakim: Eduardo Fernandes (Portuqaliya),

Üçüncü hakim: Kamil Çetin (Türkiyə)

Günün bütün mövzuları

XS
SM
MD
LG