Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:59

Qız uşaqlarına ən gözəl şərait yaratmış ölkələr


Gürcüstanda yaşayan azərbaycanlı qız
Gürcüstanda yaşayan azərbaycanlı qız

Hər 7 saniyədə 15 yaşına çatmamış bir qız ərə verilir

Dünyada hər 7 saniyədə 15 yaşına çatmamış bir qız uşağı ərə verilir. Əfqanıstan, Yəmən, Hindistan və Somali kimi ölkələrdə zorla evləndirilənlər arasında hətta 10 yaşlı qızlara da rast gəlinir.

Bu barədə “Save the Children” təşkilatının hesabatında məlumat verilir.

Hesabatda bildirilir ki, erkən evlilik qızları təkcə təhsil və karyera imkanlarından məhrum etmir. Bu, həm də onları doğuş zamanı ölüm və ya qüsurlu doğum riskləri ilə üz-üzə qoyur.

Buna da bax:​ Əfqanıstanda molla 6 yaşlı qızla evləndiyinə görə həbs edilib

Hesabatda uşaq evlilikləri, qız uşaqlarının məktəbə getmə səviyyəsi, yetkinlik yaşına çatmamış hamilə qalma halları, qadın millət vəkillərinin kişi həmkarlarına nisbəti, ana ölümü halları nəzərə alınmaqla, dünya ölkələrinin reytinqi verilib. Ölkələr yaxşıdan pisə doğru sıralanıb.

AZƏRBAYCAN 69-CU YERDƏ

İlk 3 yeri İsveç, Finlandiya və Norveç tutur. Bu ölkələr qız uşaqlarına ən gözəl şərait yaratmış cəmiyyətlərdir. Siyahının ilk 15 yeri bütünlüklə Avropa ölkələridir. MDB ölkələrindən ən yaxşı nəticə göstərən Belarusdur – 24-cü yer. Azərbaycan 69-cu pillədədir. Qonşu Ermənistan 46-cı, Gürcüstan 62-ci, Türkiyə 55-ci, İran isə 70-ci yerdədir. Siyahını həmişəki kimi Afrika ölkələri qapayır: 143-cü Çad, 144-cü Niger.

Buna da bax:​ 12 yaşlı gəlin – Livan üçün adi haldırmı?

UNİCEF-in hesablamalarına görə, uşaq yaşlarından ərə verilən qızların sayı artaraq, 2030-cu ildə 950 milyona çatacaq. Hazırda bu rəqəm 700 milyondur.

“Save the Children”ın bu hesabatı oktyabrın 11-də bütün dünyada qeyd olunan Beynəlxalq Qız Övladı Gününə təsadüf edir. Bu gün dünyadakı 1,1 milyard qızı və onların üzləşdiyi çətinlikləri yad etmək üçün 2011-ci ildə BMT tərəfindən təsis olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG