Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:43

Azərbaycanda elektrik enerjisi bahalaşıb. Tarif Şurasının iyulun 14-də keçirdiyi iclasda müəyyənləşib ki, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,2 qəpikdən 4,3 qəpiyə, pərakəndə satış tarifi isə 6 qəpikdən 7 qəpiyə qaldırılıb.

İclasda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin müraciətləri əsasında ölkə daxilində elektrik enerjisi tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Məlumata görə, yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağıdır.

Şuranın məlumatında bildirilir ki, tariflərin tənzimləməsindən sonra götürülən gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılması, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına imkan yaradacaq.

Yeni tariflər 2016-cı il iyulun 15 -dən qüvvəyə minəcək.

Bu müddətədək elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

Şərhləri göstər

XS
SM
MD
LG