Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:36

AzadlıqLive- 7 gün dərs buraxan 100 manat verəcək

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin


manat

manat

20:37 4.12.2015

Bu günki AzadlıqLive-da:

Ahmet Davutoğlu Bakıya niyə gəlmişdi və istədiyini ala bildimi?

İlham Əliyev dedi ki, "Türkiyə güclü olanda, Azərbaycan da güclənir... Azərbaycanın 2,6 trilyon kub metr qazı var, bu qazın əsas yolu Türkiyədəndir.."

Davutoğlu Bakıdan Rusiyaya səsləndi:

Politoloq Zərdüşt Əliziadənin fikrincə, "Türkiyə istəmir ki, Rusiya zilə qalxsın..."

İrşad İslam Araşdırmaları Mərkəzinin direktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyir ki, qanunları sərtləşdirməklə ekstremizmin qarşısını almaq mümkün deyil

Artıq İcra Hakimiyyəti nümayəndəsi də intihara cəhd edir

Bir ayda 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq

19:22 4.12.2015

İcra hakimiyyəti nümayəndəsi niyə intihar etmək istəyir?

Dekabrın 2-də intihara cəhd etmiş icra nümayəndəsi Füzuli Şərifovun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. O, Qubanın Xınalıq inzibati ərazi vahidi üzə icra nümayəndəsidir.

Bu haqda AzadlıqRadiosuna Quba rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Xəstəxanadan deyiblər ki, Şərifov el arasında “bit dərmanı” adlanan niafidol dərmanı içibmiş.

16:20 4.12.2015

7 gün dərs buraxan 100 manat verəcək

Milli Məclis dekabrın 4-də İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi qəbul edib.

Bundan sonra bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq.

“Report”-un xəbərinə görə, istisna hallar da olacaq. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər nəzərə alınacaq.

15:23 4.12.2015

Daha bir devalvasiya?

Noyabrda Mərkəzi Bankın (MB) rəsmi valyuta ehtiyatları 589 milyon dollar azalaraq 6 milyard 300 milyon dollara enib. Bu, son 5 ilin ən aşağı həddidir və yalnız 2010-cu ilin sonlarında ehtiyatın həcmi həmin səviyyədə olub. 2015-ci ilin əvvəlində 13 milyard 600 milyon dolları olan MB-nin valyuta ehtiyatı ötən 11 ayda yarıdan çox azalıb (55 faiz).

İqtisadçı ekspert Samir Əliyev deyir ki, devalvasiyanın olub-olmayacağı artıq müzakirə mövzusu deyil: «Nə qədər çətin olsa da deməliyik ki, bu, qaçılmaz prosesdir. Sadəcə, devalvasiyanın forması və zamanı sual doğurur. Bu gün devalvasiya ehtimalını gücləndirən amillər çoxdur».

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG