Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya, sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcək.

Azərbaycan uzun fasilədən sonra yenidən Avronest-in toplantılarına qatılacaq.

Bu haqda Milli Məclisin mətbuat xidməti xəbər verir.

Toplantıda Azərbaycanı deputatlar Rasim Musabəyov və Məlahət İbrahimqızı təmsil edəcək.

Buna da bax: Azərbaycan qapısını çırpdığı 'Avronest'ə geri dönür

Avronest-də Avropa Birliyi və Şərqi Avropanın tərəfdaş ölkələrində media azadlığının, əmək bazarında qadınların durumu əsas müzakirə mövzusu olacaq. Komitələrin 2017-ci il üçün fəaliyyət planı və digər məsələlər də toplantı zamanı razılaşdırılacaq.

2015-ci ilin sentyabrında Avropa Parlamenti Azərbaycanla bağlı sərt tənqidi məzmunda qətnamə qəbul etmişdi. Həmin sənəddə əsas insan hüquq və azadlıqlarının pozulmasından, ictimai siyasi fəalların təqibindən, jurnalist ölümündən bəhs edilirdi.

Qətnamədə Əliyevlər ailəsinin var-dövləti, həmin var-dövlətin mənbələrinin araşdırılmaması haqda deyilənlər Azərbaycan rəsmilərinin xüsusilə sərt reaksiya ilə qarşılanmışdı.

Buna da bax: Avropa Birliyi parlamentin 'Avronest' qərarına şaddır

Qətnamənin qəbul edilməsindən sonra Azərbaycan parlamenti “Avronest”dən çıxmaqla bağlı prosedurların başlanmasına qərar vermişdi. Milli Məclisin sözügedən qərar qəbul edilən iclasında Avropa Parlamentinin ünvanına rəsmi səviyyədə kəskin ittihamlar səslənmişdi.

Ancaq bu il sentyabrın 30-da ölkə parlamenti Avronest-ə yenidən geri dönməyə qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG