Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:02

-

İtaliya hökuməti Azərbaycan hakimiyyətini araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv etməyə çağırıb.

Bu haqda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihləri beynəlxalq şəbəkəsinin saytı xəbər verir.

İtaliyanın xarici işlər nazirinin müavini Vinçenzo Amendola bildirib ki, Xədicə İsmayılın hərəkət azadlığını məhdudlaşdıran qərar ləğv olunmalı, siyasi motivlərlə həbs edilmiş bütün şəxslər azad edilməlidir.

Bu bəyanat, ölkə deputatlarının Azərbaycanda insan haqlarının vəziyyətinə dair İtaliya hökumətinə müraciət etməsindən sonra verilib. Müraciəti İtaliyanın hakim Demokrat Partiyasının 18 üzvü imzalayıb.

Deputatlar öz müraciətlərində Azərbaycanda siyasi məhbus probleminə toxunurlar. Onlar hökuməti Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətini diqqətdə saxlamağa, bu sahədə problemlərin həllinə səylər göstərməyə, Xədicə İsmayıla qarşı qanunsuzluqları araşdırmağa çağırıblar.

XİN müavini Amendola deyib ki, İtaliya Azərbaycanda insan haqlarının müdafiəsindən ötrü çalışmaqda davam edəcək.

____________________________________________________________

Bunlara da bax:
Prokuror Qənimət Zahidin qohumlarına ağır cəza istədi
Sovetskidə tarixi binanın üzlüyünü sökməyə başladılar

____________________________________________________________

İtaliyanın Avrop Şurası Parlament Asableyasındakı nümayəndə heyətinin rəhbəri Mişel Nikoletti (o, Xədicə İsmayılın azadlığından ötrü fəal iş aparanlardan biridir) bildirib ki, Azərbaycanla ikitərəfli mübasibətlərdə insan haqlarının qorunması səylərini davam etdirəcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5 də həbs olunmuşdu. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, ittihamları rədd edir və həbsin səbəbini jurnalist fəaliyyəti, xüsusən hakimiyyətin korrupsiya əməllərinə dair araşdırmaları ilə izah edirdi.

Ali Məhkəmə mayın 25-də onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı və Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı hökmü dəyişdirib. Jurnalistə 5 il sınaq müddəti olmaqla, üç il yarım şərti həbs cəzası verilib və o azadlığa buraxılıb. Həmin qərarda jurnalistin ölkədən çıxışına qadağa qoyulub.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olması barədə fikirləri rədd edir. Hakimiyyət rəsmilərinin fikirlərinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə cəlb ediliblər.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)

Gələn həftəsonu keçiriləcək Formula 1 yarışlarına görə 5 günlük otel qiyməti 2500 manatdan başlanır.

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (10 iyun)

"Büdcədən 5 milyarda qədər vəsait yayınıb"

Günün bütün mövzuları

XS
SM
MD
LG