Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb


Azərbaycan ordusu hərbi təlimlər keçirir

Azərbaycan ordusu hərbi təlimlər keçirir

Noyabrın 12-də cəbhə zonasında milli ordunun genişmiqyaslı hərbi təlimləri başlayıb.

Bu haqda Müdafiə Nazirliyi-nin məlumatında deyilir.

Təlim planına uyğun olaraq, qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir.

"Həyəcan" siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub.

Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini HHQ-nin aviasiya vasitələri təmin edir.

Bir müddət əvvəl bildirildiyi kimi, 60 min hərbiçinin, 60 təyyarə və helikopterin, 150 ədəd zirehli texnikanın və 700 raket və artilleriya sisteminin iştirakı ilə genişmiqyaslı təlimlər ayın 18-nə qədər davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG