Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

A.Rasizadə macarıstanlı həmkarı ilə görüşüb


Azərbaycanın baş naziri Artur Rasizadə

Azərbaycanın baş naziri Artur Rasizadə

-

Martın 5-də baş nazir Artur Rasizadə Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb.

AzərTAC-ın məlumatına görə, Azərbaycanla Macarıstanın dost dövlətlər olduğunu qeyd edən A.Rasizadə bütün sahələrdə əməkdaşlığa önəm verdiyini söyləyib. O, həmçinin Azərbaycanla Macarıstanarasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.

Öz növbəsində V.Orban da iki ölkə arasındaəməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyükimkanların olduğunu bildirib.

Görüşdə iqtisadi, investisiya yatırımı, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. AzərbaycanRabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə də Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında anlaşma saxlanıb. Daha sonra Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti, Lənkəran Dövlət Universiteti və Kapoşvar Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Macarıstan baş naziri Viktor Orban martın 5-də Azərbaycana gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG