Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Noyabrın 12-ə keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəsi 17 dəfə pozub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun adsız yüksəklikləri, Qızılhacılı və Qaymaqlı kəndlərində yerləşən mövqelər atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Sarıcalı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG