Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Qarşıdakı 5 ildə yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

APA bu xəbəri Dövlət şəhərsalma və Arxitektura Komitəsi-nə istinadən yayıb.

Xəbərdə deyilir ki, bu sosial yönümlü ən böyük tədbirlərdən biridir:

“Bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən ayrılması deyil, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması planlaşdırılıb”.

Xəbərə görə, müvafiq rayon icra hakimiyyətləri mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, həmin rayonlarda yaşayış üçün yararsız olan binaların, və s. obyektlərin sökülməsi, ərazinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərini komitə ilə razılaşdırılmasını təmin etməlidir.

Komitə indiyə kimi təqdim edilən 52 ərazi planlaşdırma layihəsindən 45-inə razılıq verib.

Buna da bax: Sulutəpədə evlər sökülür, qarşıdurma olub (VİDEO)

Azərbaycanda indiyə qədər bu qəbildən olan ərazi planlaşdırma sənədlərinin hazırlanması təcrübəsi olmayıb.

Nazirlər Kabinetinin 2016-cı il 25 fevral qərarına əsasən Bakının Qaradağ, Suraxanı, Səbail, Yasamal, Nərimanov, Nəsimi, Xəzər, Xətai, Pirallahı, Nizami və digərləri ərazisində yerləşən, yararlığı olmayan və istismar müddətini başa vurmuş tikililərin sökülməsi, yerində yolların çəkilməsi, istirahət və yaşıllıq zolaqlarının salınması, yeni tikililərin tikintisi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG