Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45

AzadlıqLive - Azərbaycanda cəmi 30-40 misgər qalıb

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin


Bakı suvenirlər

Bakı suvenirlər

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

20:34 8.1.2016

Bu günki AzadlıqLive-da:

Keçən ilin sonunda “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bu, həm də misgərlik sənətinin qorunması, gələcək inkişafı deməkdir. Bakıda işləyən misgər isə deyir ki, Azərbaycanda cəmi 30-40 misgər sənətkar qalıb, onlar da imkansızlıqdan şagird yetişdirə bilmir

İmkanınız olsaydı, Azərbaycan prezidenti İlham Əliyevdən nəyi soruşardınız? - Bakıda sorğu

18:16 8.1.2016

Azərbaycanda cəmi 30-40 misgər qalıb

Onlar da imkansızlıqdan şagird yetişdirə bilmir

Və ya ​Misgərdən qalayçıya çevrilənlər

Bakıdakı kiçik emalatxanasını səhər tezdən açsa da, misgər alətlərinin səsi zəifləyib. Son vaxtlar çəkici dəmiri daha az döyür. Ancaq usta ənənəsini pozmur. Hər gün sübh tezdən dükanın yolunu tutur. Hava soyuq olsa da, yarıqaranlıq dükanının qapısını taybatay açır. Nimdaş usta əlcəklərini geyinib körüyünün başına keçir:

“Keçən il, ondan əvvəlki illər il təzə girəndə adamlar gəlib qədim qablar, samovarlar alırdı. Köhnə il, yeni ilin ilk günlərində 300-500 manat qazanırdıq. İndi gündə bir müştəri gəlir, ya heç o da olmur. Materialı 8 manat alırdıq, indi 12-15 manat olub. Hər şey çətinləşib”.

17:35 8.1.2016

700 müəllimdən yanız 14-ü seçilib

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişikliyi aparılır və 19 kafedranın bağlanacağı gözlənilir. “moderator.az” bunu ADNSU-nun rektoru Mustafa Babanlıya isnadən verir. Rektor hazırda universitetdə 47 kafedra olduğunu, fevral ayında kafedraların birləşdirilməsindən sonra 28 kafedra qalacağını söyləyib. Universitetdə laboratoriyalar da yenilənir.

Rektor gələcəkdə ADNSU-da semestr imtahanlarının şifahi formada götürülməsinin planlaşdırıldığını da söyləyib. “Bunun üçün müəllimlərin dürüst olduqlarına, prosesin şəffaf keçəcəyinə tam əmin olmalıyıq. Universitetdə qeyd edilən məsələ ilə bağlı bu il bir eksperiment keçirilib. Universitet üzrə 700 müəllimdən ancaq 14-ü şifahi imtahan götürmək üçün seçilib.

“Dekanlıqlar onların işinə qarışmır, onlar tələbələrin sevimliləridir, çünki düzgün, təmiz və rüşvətdən uzaq təhsil işçiləridir, həm də bu müəllimlər ictimai rəyə əsasən seçiliblər”, -deyə M.Babanlı bu 14 müəllim barədə bildirib.

17:29 8.1.2016

"Neftçi"nin məşhur yarımmüdafiəçisi vəfat etdi

1966-cı ilin məşhur Neftçi klubunun yarımmüdafiəçisi olmuş Valeri Hacıyev vəfat edib.

APA xəbər verir ki, o, uzun sürən xəstəlikdən əziyyət çəkirdi və 75 yaşı var idi.

1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Hacıyev «Neftçi» ilə yanaşı, Moskva «Dinamo»su və SSRİ-nin olimpiya yığmasının da formasını geyinib. O, karyerasını bitirdikdən sonra Azərbaycan futboluna müxtəlif sahələrdə xidmət edib. U-21 yığmasının baş məşqçisi kimi də çalışmış Hacıyev AFFA-da da fəaliyyət göstərib.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG