Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:37

-

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, hazırda ATƏT-in fəaliyyətdə olan sədri Frenk Valter Ştanmayer və Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə telefonla danışıb.

XİN mətbuat xidmətinin məlumatına görə, E. Məmmədyarov cəbhədə yaranmış gərginliklə bağlı onlara məlumat verib. O, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini bildirib.

NazirBMT Təhlükəsizlik Şurasınınqətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasının vacibliyini vurğulayıb.

BMT 1993-cü ildə Azərbaycanın işğal edilən əraziləri ilə bağlı 4 qətnamə (822, 853, 874 və 884) qəbul edilib. Həmin qətnamələrdə işğal edilən ərazilərin qeyd və şərtsiz boşaldılması istənilir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalından izləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG