Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:04

"Neftçi” klubu rumıniyalı futbolçusu Katalin Tira ilə müqaviləyə xitam verib. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Xəbəri komandanın saytı yayıb.

Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib:

"Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.

Oktyabrın 25-də Topaz Premyer Liqanın 9-cu turunda keçirilən "Neftçi" - "Qarabağ" görüşünün sonlarına yaxın gərginlik yaranmışdı.

Buna da bax: Messi kimi futbolçu olmaq istəyən qız -- Aytac

Ağdam klubunun ikinci qolundan sonra ev sahibi komandanın azarkeşlərindən biri meydana daxil olmuşdu. O, "Neftçi"nin futbolçusu Katalin Tiraya narazılığını bildirəndə futbolçu azakeşə hücum edib onu vurmuşdu.

“Neftçi”nin 5 əsas oyunçusu da komandadan kənarlaşdırılıb

“Neftçi” komandasının məşqçilər korpusu 5 əsas oyunçunu əvəzedici heyətə göndərib.

Onlar qapıçı Krşevan Santini, müdafiəçilər – Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyradır.

Komandanın açıqlamasında bildirilir ki, futbolçuların kənarlaşdırırlmasına səbəb onların son oyunlarda uğursuz çıxış etmələri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG