Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:15

Noyabrın 28-də axşam saatlarından Azərbaycanda “Amerikanın səsi” və Azadlıq Radiosunun saytlarına daxil olmaq çətinləşib. Bu vəziyyət noyabrın 29-da da davam edib.

Axşamdan keçmiş saytlara daxil olmaq mümkün olsa da, səhər bu yenidən baş tutmayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baş verənləri “Turan” Agentliyinə şərh etməyib. Nazirlik hər hansı izahat verməyib.

Buna da bax:​ AzadlıqRadiosu-nun şikayəti təmin olunmadı [yenilənib]

Milli telekommunikasıya operatoru olan Delta Telekom şirkətindən də saytlara girişdə yaranan problemlər barədə rəy almaq mümkün olmayıb.

Azərbaycandan xaricdə sözü gedən saytlara girişdə problem yoxdur.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG