Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:44

AzadlıqLive- Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.


Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

21:29 29.1.2016

Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü

“Standart and Poor’s” Azərbaycanın kredit reytinqini BB+ səviyyəsinə endirib. Bu “spekulyativ”, yaxud “zibil” səviyyəsi sayılır. Səbəb neftin qiymətinin düşməsi və xarici valyuta ehtiyatlarının azalmasıdır.

Agentlik qiymətini belə izah edir ki, “Azərbaycan neftdən asılıdır", “xarici risklər artmaqdadır", Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin ortasından sürətlə azalır.

20:39 29.1.2016

Bu günki AzadlıqLive-da:

Tikinti şirkətləri gözləmə mövqeyinə keçib. SNT inşaat şirkətinin baş mühəndisi Azər Davudov deyir ki, indiyə kimi dövlət sifarişi ilə işləyiblər, indi sifariş yoxdur

NBA Consulting Group-un rəhbəri Nüsrət İbrahimov deyir ki, şəxsən tanıdığı şirkət rəhbərlərindən, tikinti fəhlələrindən məlumat alır- əvvəl məsələn, 25 fəhlə işləyən yerdə indi 8-i işləyir

Hərbi prokuror deyir ki, orduda rüşvət 71 faiz azalıb

Baş prokurorluq KİV rəhbərlərinə xəbərdarlıq edir, aksiyaların işıqlandırılması ilə bağlı.

Bakı dükanlarında qızıl 30-50 faiz bahalanıb

19:08 29.1.2016

Tikinti şirkətləri gözləmə mövqeyinə keçib

Ev alan yoxdur. “Təzə il girəndən hər gün gəlib soruşuram ki, iş var, ya yox. Deyirlər, “yoxdur”. Bu gün – sabah bir ay olacaq. Düz- əməlli bir söz deyən də yoxdur ki, adam işini bilsin. Əgər iş dayanıbsa, mən də çıxıb gedim rayona”.

Astaradan olan fəhlə Əzizbala Mehdiyev deyir ki, keçən ilin sonunda fəhlələr öz aralarında tikintinin dayanacağı haqqında danışırmışlar. Ancaq onlara bu haqda rəsmi məlumat verilməyib.

18:39 29.1.2016

Bura Binədir

Fotolar

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG