Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:31

«Azadlıq» bloku neftdən gələn gəlirlərin necə xərclənəcəyindən narahatdır


AXCP sədri Əli Kərimli: «Dövlət Neft Fondu öz vəsaitlərini 1,7-2 faizlə xarici idaretməyə verdiyi halda, Azərbaycan bankları mənzil almaq istəyən vətəndaşlara 12 faizlə ipoteka kreditləri verir»

«Azadlıq» siyasi bloku neftdən gələn gəlirlərin necə xərclənəcəyindən narahatdır. AXCP sədri Əli Kərimli ekspetlərə əsaslanaraq deyir ki, yaxın illərdə neftən gələn vəsait ildə 2-3 milyard dollardan 10 milyard dollara qədər yüksələ bilər, amma hökumətin həmin pulların hara və necə xərclənəcəyi barədə hələ də hər hansı normal bir proqramı yoxdur.

Cənab Kərimli əlavə edir ki, Dövlət Neft Fondu (DNF) öz vəsaitlərini 1,7-2 faizlə xarici idaretməyə verdiyi halda, Azərbaycan bankları mənzil almaq istəyən vətəndaşlara 12 faizlə ipoteka kreditləri verir. Belə bir məntiqin anlaşılmaz olduğunu deyən AXCP sədrinə görə, fondun pullarını xarici idarəetməyə verməkdənsə, yaxşı olar ki, hökumət həmin vəsaiti hansısa faizlə öz vətəndaşlarına təqdim etsin.

«Azadlıq» siyasi blokunun martın 28-də neft gəlirlərinin xərclənməsi məsələsinə həsr etdiyi müzakirələrdə müxalifət partiyalarında təmsil olunan iqtisadçıların fikiri isə ondan ibarət oldu ki, şəffaflığın təmin olunması üçün Dövlət Neft Fondunun Müşahidə Şurasında ictimai təşkilatların nümayəndələri təmsil olunsun.

DNF Mətbuat Xidmətinin rəhbəri Könül Xəlilova isə səslənən bu fikirlərlə razı olmadıqlarını deyir. Onun sözlərinə görə, fonddakı vəsaitin xərclənməsi ilə bağlı bütün məlumatlar vaxtaşırı açıqlanır və internet səhifədə yerləşdirilir. Qaldı ki, Müşahidə Şurasında təmsilçiliyə, burda da ictimaiyyət nümayəndəsi kimi iki milli vəkili fəaliyyət göstərir.


Amma, iqtisadçılar hesab edirlər ki, Müşahidə Şurasında təmsil olunanların hamısı hökumət tərəfindən təyin olunub. Bu baxımdan həmin qurumda qeyri-hökumət təşkilatları və ictimai birliklərin nümayəndələrinin təmsil olunması müsbət addım ola bilər. Bundan başqa iqtisadçılar neft və neft gəlirlərinin idarə olunmasıyla bağlı qanunların qəbul edilməsini də zəruri sayırlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG