Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:38

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin həyat yoldaşının mülkiyyətində olan avtomobil, hələ də, geri qaytarılmayıb.

Avtomobilin saxlandığı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəfələrlə müraciət edilsə də onun geri verilmədiyi bildirilir.

Faiq Əmirlinin həbsi zamanı avtomobildə axtarış aparılıb və o qaytarılmayıb.

F.Əmirlinin həyat yoldaşı bununla bağlı məhkəməyə müraciət edib.

Buna da bax:​ Faiq Əmirlinin həyat yoldaşı prokurorluğu məhkəməyə verib

Lalə Əmirlinin şikayətində ona məxsus avtomobilin heç bir əsas olmadan saxlanmasının və hələ də qaytarılmamasının qanunsuz hesab edilməsi istənilir.

Şikayətə oktyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. İş hakim Qədim Babayevin icraatına verilib.

Faiq Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Buna da bax:​ F.Əmirlinin işi Avropa Məhkəməsi yolunda

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının "Hizmet" hərəkatının imamı kimi təqdim edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə iyulun 15-də baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Buna da bax:​ 'Azadlıq' qəzetinin kağız versiyası bərpa olunmayıb

Vəkillərinin bildirməsinə görə, istintaqda F.Əmirliyə ittiham olunduğu məsələlər üzrə yox, "Azadlıq" qəzetinin maliyyə qaynaqları haqqında suallar verildiyindən, o, müstəntiqə ifadə verməkdən də imtina edib.

Faiq Əmirlinin həbsindən sonra "Azadlıq" qəzetinin çapı da dayanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG