Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

Azad Avropa/Azadlıq Radiolarının rəhbərliyi Moskva bürosuna təzyiqləri pisləyir


Nenad Pejic

Nenad Pejic

-

Martın 18-də axşam özünü NTV teleşirkətinin müxbirləri kimi təqdim edən iki şəxs AzadlıqRadiosunun Moskva nümayəndəliyinin rəhbərinə şəxsi xarakterli məsələnin şərhi üçün müraciət ediblər. Moskva bürosu rəhbərinin imtinasına baxmayaraq, həmin şəxslər onun şəxsi mənzilinin qarşısında səsini yazmağa cəhd ediblər. Onlar deyiblər ki, AzadlıqRadiosunun Rusiya xidmətinin keçmiş əməkdaşlarından aldıqları məlumatla bağlı onun fikrini öyrənmək istəyirlər.

Azad Avropa/Azadlıq Radioları korporasiyasının baş redaktoru Nenad Pejic baş verənləri radio əməkdaşlarının qorxudulmasının iyrənc nümunəsi adlandırıb.

Son illər NTV teleşirkəti dəfələrlə Rusiya müxalifəti nümayəndələri, müstəqil jurnalistlər və vətəndaş fəallarına qarşı kampaniya aparır.

Bir həftə əvvəl ikinci telekanaldakı «Dmitry Kiselyov-la həftə xəbərləri» adlı proqramda bir süjet verilib. Həmin süjetdə AzadlıqRadiosunun əməkdaşları Rusiya Federasiyasının maraqlarına qarşı fəaliyyət göstərən xarici agentlər adlandırılıblar.

AzadlıqRadiosunun Moskva bürosu 1991-ci ildən fəaliyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG