Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 20:50

►AzadlıqRadiosu nümayəndəsinin bu sözlərinə Vergilər Nazirliyinin təmsilçisinin cavabı avqustun 17-də məlum olacaq.

Səbəb – nazirliyin etiraz mətninin “texniki səbəblərdən məhkəməyə gətirilməməsi”dir

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi avqustun 3-də "RFE/RL,inc" şirkətinin (Azad Avropa/Azadlıq radiosunun) Vergilər Nazirliyinə qarşı iddiasına baxmağa başlayıb.

İşə hazırlıq iclası hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilib.

AzadlıqRadiosu məhkəmədən bunu istəyir

İddia ərizəsində AzadlıqRadiosunun Azərbaycandakı nümayəndəliyindəki səyyar vergi yoxlamasının nəticələrinə dair 10 mart 2016-cı il tarixli aktın etibarsız sayılması, eləcə də bu akt əsasında Bakı Vergilər Departamenti rəisinin müavini Raqif Qurbanovun qəbul etdiyi qərarın ləğvi istənilir.

Vergi yoxlaması 2007-ci dekabrın 1-dən 2014-cü il dekabrın 1-dək olan dövrü əhatə edib.

Buna da bax: AzadlıqRadiosunun iddiası mümkünsüz sayıldı

"Səyyar vergi yoxlaması aktınının ayrı-ayrı hissələri həqiqəti əks etdirmədiyindən, onun əsasında qəbul edilmiş qərarın əsassız və qanunsuz olması qənaətindəyik”, - AzadlıqRadiosunun iddia rizəsi belə başlanır və ardından deyilir:

“Akta və onun əsasında qəbul edilmiş qərara əsasən, şərti rentabellik səviyyəsi 20 faiz götürülərək, nümayəndəliyə 131 min 540 manat 86 qəpik mənfəət vergisi hesablanıb. Halbuki, RFE/RL İnc. şirkətinin Azərbaycan nümayəndəliyi ümumiyyətlə mənfəət vergisi ödəyicisi deyil. Bu fakt 7 iyun 2010-cu il tarixli səyyar vergi yoxlaması aktında da öz əksini tapıb. AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi qeyri-kommersiya təşkilatıdır və “Əsasnamə”sində də qeyd edildiyi kimi, hədəfi sahibkarlıq fəaliyyəti deyil, xəbərlər və ideyalar yaymaqla demokratik dəyər və institutları dəstəkləməkdir. Buna görə də, qeyri-kommersiya təşkilatı kimi, mənfəət vergisi ödəyicisi ola bilməzdi. Ümumiyyətlə isə, nümayəndəliyə yalnız bir mənbədən - "RFE/RL İnc." şirkətindən maliyyə daxil olub ki, bunu da nümayəndəliyin gəliri kimi təqdim etmək açıq-aşkar qərəzin nəticəsidir. Çünki bu maliyyə heç bir maddi gəlir gətirməyib, radionun fəaliyyətinin təşkilinə (ofisin kirayəhaqqı, işçilərə maaş və xidməti müqavilə üzrə çalışanlara qonorarın verilməsi, radionun maddi-texniki bazanın yenilənməsi, təmiri və nəhayət, vergi öhdəliklərinin icrasına və s.-ə) sərf edilib".

Buna da bax: Xədicə İsmayıl prokurorluqdan kompensasiya tələb edir

Vergilər Nazirliyində texniki səbəb...

Vergilər Nazirliyinin nümayəndəsi Xamis Seyranov məhkəmədə bildirib ki, onlar iddiaya etiraz hazırlasalar da, texniki səbəblərdən gətirməyiblər. O, etiraz mətninin günün sonunadək məhkəməyə çatdırılacağını da söyləyib.

AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılov məhkəmə çıxışında təmsil etdiyi qurumun heç bir mənfəəti olmadığını vurğulayıb:

"Şirkətin mənfəəti yoxdursa, deməli, buradakı nümayəndəliyinin də mənfəəti yoxdur. Ondan necə mənfəət vergisi tutula bilər? Bunların hamısı Xədicə İsmayılovanın işi ilə bağlı məsələlərdir. Bunlara da Ali Məhkəmə hüquqi qiymət verib. Həm radionun lisenziyasız fəaliyyəti, həm də əməkdaşlara verilən əməkhaqqı ilə bağlı ittihamlar əsassız sayılıb. Bu məsələlər vergi orqanının da aktında əksini tapsa da, Ali Məhkəmənin məlum qərarından sonra əhəmiyyətini itirib. Yerdə qalan yalnız mənfəət vergisiylə bağlı məsələdir, mənfəət vergisi də yoxdur".

Mənfəət vergisi ödəyicisi olmamaqla bağlı sənədlər məhkəməyə təqdim edilib

Adil İsmayılov vergi orqanına AzadlıqRadiosunun mənfəət vergisinin ödəyicisi olmadığını təsdiqləyən sənədlər təqdim etdiyini də məhkəmənin diqqətinə çatdırıb:

"Xədicə İsmayılovanın həbsindən sonra vergi orqanının nümayəndələri AzadlıqRadiosunun ofisində axtarış apararaq, qanunsuz “Aralıq Aktı” tərtib ediblər. Ümumiyyətlə, vergi qanunvericiliyində "Aralıq Aktı" deyilən anlayış yoxdur. Amma həmin akt əsasında Xədicə İsmayılovaya ittiham elan olunub".

Vəkil onu da əlavə edib ki, Xədicə İsmayılovanın həbsindən sonra AzadlıqRadiosunun Bakı bürosunda aparılan axtarış zamanı nümayəndəliyin bütün sənədləri, o cümlədən möhür aparılıb və bu günədək qaytarılmayıb.

Məhkəmə avqustun 17-də davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG