Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:19

‘Azadlıq’ qəzeti Türkiyə hökumətinə müraciət etdi


Azadlıq qəzetinin ilk nömrəsinin maketi

Azadlıq qəzetinin ilk nömrəsinin maketi

«'Gülən' şəbəkəsi ilə sıx əlaqədə olan, bu şəbəkənin maliyyələşdirdikləri hökumət komandasının üzvləri olub. Bu gün də hökumətin içində Gülən tərəfdarları üstünlük təşkil edir. Ancaq «Gülən kartı» ilə «Azadlıq» qəzetinin üzərinə gəlirlər».

«Azadlıq» qəzetinin Türkiyə hökumətinə müraciətində belə deyilir.

Müraciətin mətni azadlıq.info saytında yayılıb.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

Qəzet hökumətin şər-böhtanına öyrəncəli olduğunu, Türkiyə hökumətinin növbəti şər-böhtana səssiz qalmasına təəssüf etdiyini vurğulayır.

«‘Azadlıq’ qəzeti bütün dövrlərdə Türkiyənin yanında olub. Bütün prinsipial məqamlarda Azərbaycan hakimiyyətini Türkiyəyə dəstək verməyə səsləmişik. Bayraq krizi yaşananda da, Rusiya təyyarəsi vurulanda da, viza məsələsi gündəmə gələndə də Azərbaycan müxalifətinin və «Azadlıq» qəzetinin mövqeyi birmənalı olub. Bayraq krizi zamanı «Azadlıq» qəzetinin tutduğu mövqeyə görə, Türkiyənin o zamankı səfiri redaksiyaya gələrək, qəzetin kollektivinə təşəkkürünü bildirmişdi», deyə müraciətdə bildirilir.

Buna da bax: Əli Kərimli ona qarşı "Gülençi" ittihamları barədə

Müraciətdə qeyd edilir ki, Türkiyədəki son çevriliş cəhdi zamanı da ilk reaksiyanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli verib. Çevriliş cəhdini birmənalı şəkildə pisləyib.

«Bütün bunlardan sonra «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirli, AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli «gülençi» adıyla həbs olunub, AXCP sədrinə qarşı rəsmi şəkildə qara piar start götürüb. Bütün bu baş verənlər Türkiyə ilə bağlıdır. Türkiyə hökuməti, səfirlik bu rüsvayçılığa susmamalıdır. Faktiki olaraq Azərbaycan hökuməti çevriliş cəhdini pisləyənləri, Türkiyəyə hər zaman dəstək verənləri şərləməklə məşğuldur», müraciətdə vurğulanır.

Buna da bax: Fethullah Gülen, Erdoğan və «İmamın ordusu»

Qəzet Türkiyə hökumətinə səslənərək, ortaya mövqe qoyulmasını istəyir

«Siz həbs olunan müxalifətçilərin «Gülençi» olduğuna inanırsız? Bu rüsvayçılığa haqq qazandırırsız? «Azadlığ»ın maliyyə direktoruna qarşı «gülençi» ittihamını qəbul edirsiz?», müraciətdə sual edilir.

«Azadliq» qəzetinin maliyyə direktoru F. Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Buna da bax: Azərbaycanda yeni ittiham: Gülençi

F. Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.

AXCP isə onun həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Müraciətə, hələlik, Türkiyənin Azərbaycandakı səfirliyindən rəy almaq mümkün olmayıb.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG