Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29

«Bundan sonra «Azadlıq»ın yalnız iki nömrəsi nəşr oluna bilər. Səbəb isə borcla yanaşı, həm də qəzetə yaradılan əlavə problemlərdir».

Bunu AzadlıqRadiosuna qəzetin baş redaktorunun müavini Rahim Hacıyev bildirib.

Onun deməsinə görə «Azadlıq» qəzetinin buğunku (sentyabrın 2-si) sayını böyük çətinliklə nəşr etdirmək mümkün olub. R.Hacıyevin bildirməsinə görə, buna səbəb isə «Azərbaycan» Nəşriyyatının yaranmış borca görə qəzetin çapından imtina etməsi olub.

«Amma sonradan borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün «Azadlıq»a sentyabrın 5-nə qədər vaxt vermək qərarına gəldi və qəzetin çapı mümkün oldu»,-deyə o qeyd edib.

R.Hacıyev deyir ki, son illərdə müxtəlif təzyiqlər üzündən maliyyə sıxıntıları yaşayan «Azadlıq» qəzetinin durumu yayım direktoru Faiq Əmirlinin həbsindən sonra daha da ağırlaşıb. Bunun da başlıca səbəbi qəzetin satışından əldə olunan vəsaitlə bağlı bank əməliyyatları aparılmasının mümkün olmamasıdır. Bu problemin həlli üçün hansısa şəxsə bank əməliyyatları aparmaq səlahiyyəti verilməlidir.

Buna da bax-Lalə Əmirli: 'Onun İmam Faiq kimi həbsini gözləmirdim'

«Bu problemin həlli üçün müraciət etdiyimiz dövlət orqanı imza nümunəsini təsdiqləməkdən imtina edir. Ona görə də redaksiyanın bank hesabındakı vəsaiti götürmək imkanımız yoxdur», – deyə «Azadlıq»ın baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

Onun deməsinə görə, belə bir vəziyyətdə «Azadlıq»ın yalnız iki nömrəsi nəşr oluna bilər.

F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.

AXCP isə onun həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

«Azadlıq» qəzeti 1989-cu il dekabrın 24-dən çap olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG