Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:46

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.


Davos

Davos

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

20:44 22.1.2016

Bu günki AzadlıqLive-da:

İlham Əliyevin "manata əlavə dəstək verilməyəcək" deməyi yeni devalvasiya əlamətidirmi?

İqtisadçı Əkrəm Həsənovun fikrincə, bank sektoru çökə bilər

Neft dəfələrlə düşür, Azərbaycanda benzin isə düşmür. Niyə?

Neftçi hansı şəraitdə yaşayır? Və ya Azərbaycan hökuməti neftin belə düşəcəyini niyə gözləmirdi?

18:45 22.1.2016

Mirşahinin proqramı dayandırıldı

Milli Televiziya və Radio Şurası Mirşahinin ANS telekanalındakı “Hesabat” proqramının yayımını bir aylığına dayandırıb.

Bu qərar Şuranın yanvarın 22-də keçirilən iclasında qəbul olunub. Qərar qurumun saytında yayımlanıb.

MTRŞ qərarını “Hesabat” proqramının buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqramlara verilən tələblərin pozulması ilə izah edib.

Şura hesab edir ki, həmin proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl edilməyib, işgüzar nüfuzun ləkələnməsinə yol verilib.

18:36 22.1.2016

İsinmədik istisinə...

“Neftçilərin yaşayışı çox ağırdır, mühəndisi də, fəhləsi də çox çətin yaşayır. İçi mən qarışıq neftçilərin 80-90 faizinin banklara borcu var. Neftin qiyməti 100-120 dollar olanda da bir xeyrin görmədik, indi 28 dollar olanda da. Neft baha olanda yolları bir neçə dəfə asfaltlayırdılar, bizə xeyri yox idi, indi ucuzlaşır, ziyanını görürük. O məsəldəki kimi, “isinmədik istisinə, kor olduq tüstüsünə””...

Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin maşinisti, 30 ildən artıqdır neftçi işləyən Əziz İmaməiyev deyir ki, bu el məsəli neftin baha və ucuz dövrünün neftçilərin həyatındakı rolunu yaxşı ifadə eləyir.

17:38 22.1.2016

Etirazını yerə uzanmaqla bildirir

Vardges Gaspari ictimai fəaldır və Ermənistanda etirazını yerə uzanıb ifadə etməsilə tanınır.

Bu dəfə ona qarşı polisi təhqir etmə ittihamı irəli sürülüb.Fəalı məhkəməyə polislər aparmalı olub, elə uzanmış şəkildə.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG