Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:14

►Kənd camaatı silaha əl atmalı olub

Mayın 26-da Oğuz rayonunda meşədən bir ayının Xalxal kəndinə hücum etdiyi bildirilir.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

O bildirib ki, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub.

Bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub.

Raqub Mirzəyevqeyd edib ki, ayı sonra uşaq bağçasının həyətinə daxil olub:

“Həmin vaxt orada 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb. Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb”.

O, əlavə edib ki, hazırda ayının quduz olub-olmamasını müəyyən etməkdən ötrü Baytarlıq Xidmətinin əməkdaşları araşdırmalar aparırlar.

3 il əvvəl Şamaxı rayonun Qala dərəsi, 2 il əvvəl isə Talışnuru kəndində də ayı insanlara hücum etmişdi. Birinci hadisədə iki, ikinci hadisədə isə bir nəfər xəsarət almışdı. Həmin vaxt bildirilirdi ki, Şamaxı meşələrinin hər yerində müxtəlif restoran və istirahət mərkəzləri tikildiyindən vəhşi heyvanlar ac qalır. Nəticədə insanlara hücuma keçirlər.

Buna da bax: Bakıda "heyvan sevgisi"nin iki fərqli üzü...

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunda (26 may)

Zərdüşt Əlizadə: "Xədicə İsmayıl qazandı, hökumət uduzdu"

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (26 may)

Xədicə İsmayıl: Hökümət borclarımızı qaytarır

Günün bütün mövzuları

XS
SM
MD
LG