Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:57

Türkiyədən Azərbaycana FETÖ siyahısı gəlibmi?


Foto: arxiv
Foto: arxiv

16 oktyabr Azərbaycan mediası ölkədən çıxışa qadağa məsələsindəki qeyri-müəyyənlikdən, Fətulla Gülənlə bağlı bağlı Azərbaycana verilməsi gözlənilən siyahıdan və daha bir sıra məsələlərdən yazır.

Azadlıq.info yazır ki, Masallının Məmmədxanlı kəndindəki məscidin qazı Rayon Qaz İstismar İdarəsinin yeni rəisinin tapşırığı əsasında kəsilib.

“Qazın kəsilməsi ibadət edənlərin narazılığına səbəb olub.İdarədən isə səbəb kimi məscidin 100 manat borcu olduğubildirilib. Məscidə gələn kənd sakinləri onun 90 manatını yığa biliblər. Bundan sonra idarə rəsmisi “10 manat da mən verərəm” ​deyərək qazı qoşdurmaq tapşırığı verib.

Qəzet yazır ki, Dövlət Neft Şirkətinin Şurasının qərarına görə, məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub:

“Kənd sakinlərinin bildirdiyinə görə, Məmmədxanlı kəndində yerləşən məscidin bu illik limiti hələ keçməyib. Bununla belə, idarə xəbərdarlıq etmədən və qaz sayğacına plomb vurmaqdansa, qazı kökündən kəsməyi özünə rəva bilib”.

Ölkədən çıxmağınızın yasaq olub-olmadığını əvvəlcədən öyrənə bilərsiz
Bir çox hallarda vətəndaşlar xaricə getmək istəyərkən, sərhəd və gömrük keçid məntəqələrində ölkədən çıxışlarına məhdudiyyət qoyulduğu məlum olur.

Bizimyol.info xəbər verir ki, məhdudiyyət vergiyə və banklara olan borcla, həmçinin hər hansı cinayət işinin araşdırılması məqsədilə qoyula bilər.

“Qəfildən sərhəddə belə halla rastlaşmaq isə vətəndaşların işini xeyli çətinə salır. Planlaşdırılmış işlər qalır, alınan biletlər qaytarılmalı olur, bir çox hallarda isə "batır". Ədliyyə Nazirliyinin istifadəyə verdiyi elektron xidmət vasitəsilə isə ölkədən çıxışınıza qadağa qoyulub-qoyulmadığını səfərə çıxmazdan öyrənə biləcəksiniz.

Türkiyədən Azərbaycana FETÖ siyahısı gəlibmi?

“Yeni Müsavat” qəzeti yazır ki, Azərbaycanda FETÖ tərəfdarlarına qarşı əməliyyatların olacağı ilə bağlı məlumatlar hələ üç il əvvəl gündəmə gəlib.

“Hətta o zaman bir sıra vəzifəli şəxsləri də bu ittihamla işdən çıxardılar. Həmin vaxt Türkiyənin Azərbaycana siyahı göndərdiyi haqda məlumatlar dolaşsa da, sonradan bu məlumat təsdiq və ya təkzib olunmadı.İndi isə yenidən siyahı gündəmə gəlib. Üstəlik, məlumdur ki, Türkiyə hakimiyyəti ölkə ərazisində olduğu kimi, xaricdəki “gülən camaatı”na qarşı əməliyyatların aparılmasında israrlıdır”.

Qəzet yazır ki, rəsmilərin Azərbaycan hökumətinin FETÖ-yə qarşı mübarizəsindən məmnunluq doğuran açıqlamaları onu göstərir ki, Bakı ilə bu istiqamətdə danışıqlar olub. Sadəcə, mediaya açıqlanmır:

“Azərbaycanda FETÖ-yə qarşı aparılacaq əməliyyatların məscidlərdə və ya hansısa dini icmada baş verməsi mümkün deyil. Bu iş daha çox hüquq-mühafizə orqanları, təhsil və digər strateji dövlət qurumları vasitəsilə aparılacaq. Bu səbəbdən də indi açıqlamanı dini qurumlardan deyil, daha çox siyasi və hüquq-mühafizə orqanları rəhbərlərindən gözləmək lazımdır”.

İlham Əliyev Azərbaycan xalqının mühüm ilklərinin müəllifidir

“Azərbaycan” qəzeti yazır ki, Azərbaycanın müstəqilliyinin 25 ilinin 13 ili İlham Əliyevin rəhbərliyi altında keçib.

“İlham Əliyevin prezidentliyinin ilk 13 ilində ölkəmizdə daxili siyasətdə-dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət daşıyan işlər görülmüşdür. Tamamilə yenidən qurulan Azərbaycan müasirləşmiş, modern bir ölkəyə çevrilmişdir.
Xarici siyasət sahəsində əhəmiyyətli fəaliyyət göstərilmişdir. Azərbaycan beynəlxalq neft-qaz, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırıldığı ölkə olmuş, mövqeləri möhkəmlənmiş, nüfuzu artmışdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG