Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

İranın Naxçıvan Muxtar Respublikadakı baş konsulu Mənsur Ayrım Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduqlarını bildirib. O qeyd edib ki, İran tərəfi hazır olduqda dəmir yolunun açılışı keçiriləcək.

Naxçıvan-Məşhəd dəmir yolu İran və Azərbaycan vətəndaşları arasında gediş-gəlişin artmasına səbəb olacaq.

AzərTAC-ın məlumatına görə, baş konsul deyib ki, İran və Naxçıvan Muxtar Respublikası arasında iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlıq son iki ildə qarşılıqlı əlaqələrdə prioritet sayılır.

Azərbaycanla Ermənistan arasındakı münasibətlərə görə, Naxçıvanla ölkənin digər əraziləri arasında əlaqə yalnız hava yolu ilədir. Quru yolla isə əlaqə, əsasən, İran üzərindən qurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG