Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:47

MTRŞ də ANS-i məhkəməyə verdi


ANS
ANS

-

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verib.

Bu barədə Report.az-a MTRŞ-dan bildiriblər.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTRŞ-in hüquqşünasları deyib ki, ANS TV Şuraya layihəsini verdiyi serialı çəkməyib.

«Serial çəkilişi üçün ayrılan 200 min manatın 160 min manatı televiziyaya ödənilmişdi, 40 min manatı isə hələ büdcədədir. ANS serialın çəkilməsi ilə bağlı hesabatı 2015-ci ilin iyulunda təqdim etməli idi. Amma hesabat qeyd olunan tarixdə açıqlanmadı. Əvəzində, sentyabr ayında bizə çəkdikləri başqa bir serialı gətirdilər və müqavilənin tarixini dəyişərək, çəkməli olduqları serialın yerinə onun qoyulmasını təklif etdilər». - MTRŞ-dən bildirilib.

MTRŞ ANS-dən 160 min manatın dövlət büdcəsinə qaytarılmasını tələb edir.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev AzadlıqRadiosunun bununla bağlı sualını cavablandırmaq istəmədi.

ANS isə öz növbəsində MTRŞ-ni məhkəməyə verib. Şirkət bu qurumun qərarlarının qanunsuz sayılması barədə iddiasını 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə çatdırıb.

Məhkəmənin ilk iclası oktyabrın 9-da olacaq.

Sentyabrın 30-da MTRŞ-nın iclasında ANS televiziyasının «Televiziya və radio yayımı haqqında» qanunun tələblərini pozulması faktı üzrə inzibati icraata baxılıb.

Çıxarılan qərarla «Sən tək deyilsən» və «Xoşqədəmlə axtarıram səni» proqramlarının yayımı bir ay müddətinə dayandırılıb.

MTRŞ-nin oktyabrın 5-dəki iclasında daha bir proqramın -«Salam, Azərbaycan»ın 10 gün müddətinə dayandırılması və ANS-in 54 min manat cərimələnməsi qərara alınıb.

XS
SM
MD
LG