Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:50

Sabiq prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi işləmiş Teylor İbrahimovun (Fətişoğlu) saxlandığı bildirilir.

«Trend» bu xəbəri Ağdam Rayon Polis Şöbəsinə istinadən yayıb.

Xəbərdə qeyd edilir ki, T.İbrahimov avqustun 9-da Ağdam rayonunda saxlanıb. Onun artıq Bakının Nərimanov Rayon Polis İdarəsinə təhvil verildiyi açıqlanıb.

T.İbrahimov dələduzluqda ittiham olunaraq axtarışa verilmişdi. Onun barəsində CM-nin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Ancaq ittihamlara T.İbrahimovun və onun vəkillərinin münasibəti, hələlik, açıqlanmır.

Ayaz Mütəllibov 1990-cı il oktyabrın 8-dən 1992-ci il martın 5-nə kimi Azərbaycanın prezidenti olub. 1990-cı il yanvar faciəsindən sonra o, Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi təyin edilmişdi.

1992-ci ilin mayında Ayaz Mütəllibov hakimiyyətə bir günlük qayıdışdan sonra Moskvaya mühacirət etmişdi. O, 2011-ci ildə «Eks-prezident status haqqında» qanunun qəbulu ilə Azərbaycana qayıdıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG