Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:08

Dövlət Statistika Komitəsində (DSK-da) AzadlıqRadiosuna deyiblər ki, istehsalın kəskin artımı Naxçıvandakı ayaqqabı istehsalı müəssisəsinin irihəcmli sifarişindən qaynaqlanır.

MÜƏSSİSƏ SİFARİŞLƏ İŞLƏYİR

Naxçıvanın «Şərq Qapısı» qəzeti bölgədə fəaliyyət göstərən «Şirvanşahlar» ayaqqabı fabrikinin muxtar respublikanın daxili işlər və ədliyyə nazirliklərinin, «Gəmiqaya Holdinq», «Cahan Holdinq» və «Dizayn Holdinq» şirkətlər ittifaqlarının sifarişləri əsasında məhsul buraxdığını yazır. Bu tədris ilindən fabrikdə məktəblilərə də ayaqqabı hazırlanır.

«TÜRK MALI»NIN ÇOXU ELƏ YERLİ İSTEHSALDIR

Hətta DSK-da belə etiraf edirlər ki, dükanda «türk malı» kimi təqdim olunan ayaqqabının bir hissəsi yerli istehsaldır. Amma statistika yalnız rəsmi məlumatları əks etdirir. «Kölgə sexləri»nin istehsalı vergidən və statistikadan yayındırılır.

DSK-nın məlumatında deyilir ki, ötən il Azərbaycanda ayaqqabı istehsalı təxminən 100 min cüt azalaraq 88 minə düşmüşdü. 2010-cu ildən bəri ən yüksək istehsal həddi (511 min cüt) 2012-ci ildə qeydə alınıb.

İXRAC DA, İDXAL DA KƏSKİN ARTIB

Maraqlıdır ki, leqal sənaye seqmentində az təmsil olunan ayaqqabı istehsalçılarının fəaliyyəti digər rəsmi qurumların hesabatları sayəsində daha aydın ortaya çıxır. Söhbət Azərbaycan istehsalı olan ayaqqabıların ixracatından gedir. Gömrük orqanlarının fəaliyyətinin şəffaflaşması bu sahədəki neqativ hallara daha çox işıq salıb.

Bu ilin 10 ayında ölkədən 234 min ABŞ dolları dəyərində ayaqqabı ixrac olunub. Bu, əvvəlki ildəkindən 57 dəfə çoxdur.

Gömrükdəki şəffaflaşma idxalda da özünü göstərir. Ölkədə ticari fəaliyyətin ümumi durğunluğu fonunda DGK idxalın 6.6 milyon dollardan 57.6 milyon dollara yüksəldiyini bəyan edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG