Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Axtarışlar daha hal şahidi olmadan da aparılacaq


AzadlıqRadiosu əməkdaşının evində axtarış

AzadlıqRadiosu əməkdaşının evində axtarış

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi Cinayət-Prosessual Məcəlləyə hüquq-mühafizə orqanlarının hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirməsinə imkan verən düzəlişlər layihəsini təsdiq edib.

Parlamentdən “Turan” Agentliyinə verilən məlumata görə, xüsusən CPM-in 236.4 və 244.1-ci maddələrə düzəlişlər bundan sonra prosesin video çəkilişi aparılırsa, hüquq-mühafizə orqanları əməkdaşlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirə biləcəyini nəzərdə tutur. Komitənin bununla bağlı iclasının noyabrın 16-da keçirildiyi qeyd edilir.

Buna da bax:​ Deputatlar 'Nardaran işi' barədə nə düşünür?

Son illər hal şahidləri kimi əsasən gizlincə polis və ya digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən şəxslərdən istifadə olunduğu bildirilir. Ekspertlərin fikrincə, belə hallar xüsusən gənc fəalların işlərində olub.

Vəkillər eyni şəxslərin eyni zamanda bir neçə işdə hal şahidi kimi iştirak etdiyinə aid dəlillər göstərib ki, bu da araşdırma prosesinin özünü şübhə altına qoyur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG