Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

Axtarış aparılan ev Natiq Cəfərlinin adına deyilmiş


Natiq Cəfərli
Natiq Cəfərli

Avqustun 15-də vəkil Natiq Cəfərli ilə görüşməlidir.

Bu barədə onun hüquqi nümayəndəsi Rəsul Cəfərov Turan İnformasiya Agentliyinə bildirib.

R. Cəfərov deyib ki, artıq həbslə əlaqədar xarici diplomatik nümayəndəliklər məlumatlandırılıb.

Avqustun 15-də REAL Hərəkatının üzvləri Böyük Britaniya səfiri ilə görüşməlidirlər.

R. Cəfərov qeyd edib ki, N. Cəfərlinin evində axtarış zamanı onun və övladlarının texniki ləvazimatları, noutbuklar, zinət əşyaları, evin sənədləri götürülüb.

Halbuki ev N. Cəfərlinin adında deyil.

Buna da bax: Natiq Cəfərli həbs edildi [reportaj, videolar]

Avqustun 12-si gecə saatlarında Nəsimi Rayon Məhkəməsi REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs- qətimkan tədbiri seçib.

Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax: REAL: «Natiq Cəfərlinin həbsi İlham Əliyevin göstərişi ilə olub»

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib.

Buna da bax:

Natiq Cəfərli həbs edildi- Vəkil danışır
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG