Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin noyabrın 15-də saxlanmış üzvi Emil İsgəndərova 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu haqda partiyanın mətbuat xidmətindən məlumat yayıblar.

E.İsgəndərovun polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamada təqsirləndirildiyi bildirilir.

Buna da bax:​ Daha bir cəbhəçi polisə gətirilib

Ancaq E.İsgəndərova inzibati cəza verilməsini nəzərdə tutan qərar onun yaxınlarına təqdim olunmayıb. Qərarın detalları bəlli deyil.

Qərar təqdim edilmədiyindən ondan şikayət də verilməyib. Bundan əvvəl isə gəncin 5 sutka inzibat həbs cəzası aldığı bildirilirdi

AXCP E.İsgəndərovun saxlanmasını müxalif düşüncəyə basqıların tərkib hissəsi olduğunu bəyan edib.

Buna da bax: Həbsdə olan 57 yaşlı cəbhəçidən xəbər var

E.İsgəndərov noyabrın 15-də səhər saatlarında Binə qəsəbəsində saxlanmışdı. Onun əvvəlcə Mərdəkandakı polis bölməsinə, ardından Yasamal Rayon Polis İdarəsinə aparıldığı bildirilmişdi.

Nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən, nə də məhkəmə orqanlarından gəncin saxlanmasına münasibət öyrənmək mümkün olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG