Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:25

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvi Emil İsgəndərovun polisə aparıldığı bildirilir.

Bu haqda onun anası məlumat yayıb.

Anasının deməsinə görə, səhər saatlarında Binə qəsəbəsində saxlanan cəbhəçini Mərdəkandakı polis bölməsinə aparıblar.

“Sahə müvəkkili bizə bildirdi ki, oğlunuzu Mərdəkana aparıblar. Daha sonra dedilər ki, Emili baş idarəyə götürüblər”.

Buna da bax:​ Cəzaçəkmə müəssisənin mənfi rəyinə görə cəbhəçi həbsdə qaldı

AXCP-nin mətbuat xidmətindən isə E. İsgəndərovdan xəbər ala bilmədiklərini deyiblər. Partiyanın dəqiqləşdirə bilmədiyi məlumata görə, cəbhəçini Yasamal Rayon Polis İdarəsinə gətiriblər.

Yasamal polisindən cəbhəçinin saxlanması barədə bilgi verməyiblər. İdarədən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə əlaqə saxlamaq tövsiyə olunub. Ancaq, hələlik, DİN mətbuat xidmətindən gəncin saxlanması ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG