Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

Noyabrın 25-də həbs edilən AXCP üzvü İslam Sahiboğlu Binəqədidəki müvəqqəti cəzaçəkmə yerində saxlanır. O, polisin qanuni tələblərinə əməl etməməkdə ittiham olunur. Bu ittihama görə ona 30 sutka inzibati həbs cəzası verilib.

Bu haqda vəkil Əsabəli Mustafayev İslam Sahiboğlu ilə görüşəndən sonra məlumat verib.

Vəkil deyib ki, ittihama görə, İslam Sahiboğlu səhər evdən çıxan kimi qışqıra-qışqıra söyüş söyməyə başlayıb. "Onun səsini eşidən polis belə davranışına son qoymasını tələb edib. Amma İ.Sahiboğlu həmin tələbə əməl etməyib”.

Vəkil ittihamı əsassız adlandırıb. Məhkəmə qərarının qanunsuz olduğunu, apellyasiya şiukayəti verəcəyini bildirib.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. AXCP-nin daha bir neçə fəalı isə inzibati qaydada həbs edilib.

Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq Azərbaycan hakimiyyəti ölkədə siyasi motivlərlə həbslərin aparılması ilə bağlı fikirləri qəbul etmir. Hakimiyyət rəsmilərinin fikrincə, onlar məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG