Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Azərbaycan Xalq Cəbhəsi Partiyasının daha bir üzvünün həbs edildiyi bildirlir.

Noyabrın 25-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvünün saxlandığı bildirilir.

AXCP sədrinin müavini Gözəl Bayramlının verdiyi məlumata görə, partiyanın Gənclər Komitəsinin üzvü İslam Sahiboğluna 30 sutka inzibati həbs cəzası verilib. O, gənc fəalın həbsinin qanunsuz olduğunu deyib.

Buna da bax:​ Cəbhəçi gəncin saxlandığı deyilir

“Hakimiyyətin AXCP-yə qarşı repressiya siyasətini davam etdirir. İ. Sahiboğlu partiyanın Yasamal rayon şöbəsinin üzvüdür. Bu gün (25 noyabr) səhər saatlarında polislər onu saxlayıb 29-cu polis bölməsinə aparıblar. İndi məhkəmə qərarı ilə ona 30 sutka inzibati həbs verildiyi bildirilir”, G.Bayramlı deyib.

Yasamal polisi gəncin saxlanması ilə bağlı hər hansı bilgi verməyib.

Məsələyə Daxili İşlər Nazirliyindən də münasibət almaq mümkün olmayıb. Gəncin nədə günahlandırıldığı açıqlanmır.

Buna da bax: Cəzaçəkmə müəssisənin mənfi rəyinə görə cəbhəçi həbsdə qaldı

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. AXCP-nin daha bir neçə fəalı isə inzibati qaydada həbs edilib.

Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq Azərbaycan hakimiyyəti ölkədə siyasi motivlərlə həbslərin aparılması ilə bağlı fikirləri qəbul etmir. Hakimiyyət rəsmilərinin fikrincə, onlar məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG