Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:41

AXCP Sumqayıt şöbəsinin üzvü Xətai Nəbiyevin oktyabrın 11-də səhər saatlarında saxlandığı bildirilir.

Azadliq.info saytının xəbərinə görə, Xətai Nəbiyev əvvəlcə polisə, oradan da Sumqayıt Şəhər Məhkəməsinə gətirilərək inzibati qaydada 30 sutka müddətinə azadlıqdan məhrum edilib. Gəncin nədə günahlandırıldığı açıqlanmır.

Məsələyə, hələlik, Sumqayıt Şəhər Məhkəməsinin və polisin mövqeyini öyrənmək mümkün olmayıb.

Bu il oktyabrın 26-sı keçirilən referendum öncəsi və sonrası AXCP-nin üst-üstə 200-ə qədər fəalının saxlandığı bildirilir. Onlardan bəziləri inzibati həbslər almışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG