Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Gənc fəal icra başçısını təhqir etməkdə ittiham olunur


Rövşən Nəsirli

Rövşən Nəsirli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin fəalı Ruslan Nəsirli ilə bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma başladılıb.

Bu haqda R.Nəsirlinin özü Azadlıq Radiosuna məlumat verib.

Onun bildirdiyinə görə, işin detalları ilə bağlı şəxsən ətraflı bilgisi yoxdur. Ancaq R.Nəsirlinin sentyabrın 28-də rayon prokurorluğuna çağırılan atası bildirib ki, araşdırma Saatlı rayon İcra Hakimiyyətinin müraciəti əsasında başladılıb.

“Bu gün (28 sentyabr) atamı rayon prokurorluğuna çağırıblar. Orda müstəntiq Nemət Əliyev bildirib ki, icra başçısı həm polisə, həm də prokurorluğa ərizə ilə müraciət edib.

Müraciətdə göstərilib ki, guya, mən sosial şəbəkələrdə onu təhqir etmişəm, zorakılığa çağırışlar etmişəm”, R.Nəsirli bildirib.

Gənc, yada salıb ki, bir həftə əvvəl atası icra başçısının fiziki basqısına məruz qalıb, bu haqda facebook profilində bilgi paylaşıb.

“Mən həmin olayla bağlı sadəcə, bilgi paylaşdım. Statusumda heç bir aşağılayıcı, çağırış məzmunlu sözlərə yer verməmişəm.

Ancaq şərhlərdə bəzən, tanımadığım profillərdən aşağılayıcı məzmunda ifadələr işlədilib. Lakin həmin şərhləri mən dərhal silmişəm”.

R.Nəsirli sentyabrın 29-da prokurorluğa dəvət edildiyini deyib. O, vəkilləri ilə birgə prokurorluğa gedəcək.

Meydan TV Şamil Nəsirlini prokurorluğa dəvət edən müstəntiq Nemət Məmmədov ilə əlaqə saxlayıb. Nemət Məmmədov deyib ki, Ruslan Nəsirlinin atasını prokurorluğa çağırmayıblar:

“Bizə Rulsan Nəsirlinin telefonu və ünvanı lazımdır, ona məktub yazmaq istəyirik. Telefonu olmadığından atasına zəng etdim. Oğlunun nömrəsini istədim, dedi, yoxdur. Əlavə etdim ki, yaxındasansa, prokurorluğa gəl, vəssalam. Başqa söhbət olmayıb. Yəni prokurorluğa çağırmaq üçün məktub göndərməliyik, telefonla çağırmarıq. Mənim Nəsirlinin atasını çağırmağımda heç bir məqsədim yoxdur, sadəcə, oğlunun telefonu lazımdır ki, məktub yazaq”.

N.Məmmədov məktubun məzmunu haqqında suala “Zamanı gələndə, izah edəcəyik” – deyə cavab verib.

Mesələyə, hələlik, Saatlı rayon İcra Hakimiyyəti başçısından münasibət almaq mümkün olmayıb.

R.Nəsirli sentyabrın 21-də atasının Saatlı rayon İcra Hakimiyyətində döyüldüyünü açıqlamışdı.

O, bunu sentyabrın 11-i və 17-də Milli Şuranın etiraz aksiyalarında ailəliklə iştirak etmələri ilə əlaqələndirmişdi.

R.Nəsirli Milli Şuranın sentyabrın 11-də keçirilən mitinqində çıxış etmiş, aksiyanın qətnaməsini oxumuşdu.

Milli Şuranın sentyabrın 17-də keçirilən son mitinqindən əvvəl və sonra AXCP-nin 40-dan çox fəalının polisə aparıldığı bildirilir.

Onlardan bəziləri inzibati cəzalara layiq görülüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG