Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:18

-

AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahimə 7 sutka inzibati həbs cəzası verilib.

Yanvarın 14-də Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulov bu barədə qərar çıxarıb.

Cəbhəçi gənc küçədə ünvansız söyüş söyməklə ictimai asayişi pozmaqda ittiham olunur.

Turan İbrahim yanvarın 13-də axşam saat 23.00 radələrində həbs olunub. Gənc fəalın qardaşı Toğrul İbrahimin dediyinə görə, əvvəlcədən bir qrup şəxs yaşadıqları evin qarşısına gələrək, Turanı axtarıb:

"Böyük qardaşım evdən çıxarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özünü polis serjantı Tural Kərimov kimi təqdim edib, ondan adının Turan olub-olmadığını soruşub. Qardaşım Turan olmadığını deyib. Həmin şəxs bildirib ki, onlar Turanı axtarırlar. Qardaşım onun harada olduğunu bilmədiyini qeyd edib və oradan uzaqlaşıb. Turan hadisəsən xəbər tutandan sonra onu axtaranların nə istədiyini öyrənmək və polisə getmək üçün evə gələrkən yaşadığımız binanın qarşısında 7-8 nəfər tərəfindən zorla götürülərək, Nərimanov rayonu, 17-ci polis bölməsinə aparılıb".

Buna da bax: «Məni yeznəm Emin Milliyə görə həbs ediblər»

Qeyd edək ki, Turan İbrahim AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğludur. Məmməd İbrahim də 2014-cü il sentyabrın 30-dan xuliqanlıq ittihamı ilə həbsdədir. O, ittihamı qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Məmməd İbrahim

Məmməd İbrahim

Günün bütün mövzuları

XS
SM
MD
LG