Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:20

Türkmənistan prezidentinin varisi bu oğlanmı?


Kərimqulu babasının yanında
Kərimqulu babasının yanında

-

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun yanında son illər müxtəlif dövlət tədbirlərində görünən yeniyetmə oğlan kimdir?

Onu Türkmənistanda tanımayan yoxdur. 12 yaşlı Kərimqulu prezidentin nəvəsidir. Heç kim onun prezidentin varisi olacağını elan etməyib. Amma bu haqda ehtimallar xeyli vaxtdır səslənir.

Bu ilin aprelində türkmənlər Aşğabadda axaltəkə atının şərəfinə keçirilən cıdırda Kərimqulunun necə qalib gəlidiyinə şahid oldular. 1200 metrlik cıdırda o, Dovamat adlı atının üstündə ən yaxşı nəticə göstərdi. Bütün stadionun alqış sədaları altında.

At sürmək onun babasının da hobbisidir. Cıdırdan sonra Kərimqulu jurnalistlərə açıqlamasında özünü belə təqdim etmişdi:

Mən Aşğabaddakı 43 saylı məktəbin 6-cı sinif şagirdiyəm. 12 yaşım var. Mən babamla birlikdə atlara baxmağa gedirəm. Orada babam mənə at sürməyi öyrədib.

Bu oğlan 3 ildi prezident tədbirlərində görünür. (Ardı aşağıda)

Kərimqulu
Kərimqulu

Vyanada mənzillənən müxalifyönlü “Xronika Turkmenistana” internet dərgisinin rəhbəri Farid Taxbatullin deyir ki, Berdımuhammedovun ailəsi haqda məlumatlar əsasən gizli saxlanır:

“Məlumdur ki, onun bir oğlu və iki qızı var. Oğlunun adı Sərdardır. Moskvada beynəlxalq münasibətlər fakültəsini bitirib. Əvvəllər xarici işlər nazirliyində çalışıb. Böyük qızı Gülcahanın əri İxlasgəldi Amanov əvvəllər Londonda işləyib. Türkmənistanın təbii ehtiyatlarının istifadəsinə cavabdeh olan idarənin London ofisində.

Şayələr gəzir ki, prezidentin milliyyətcə rus olan Marina adlı məşuqəsi də var. Guya o,Berdımuhammedovun vaxtilə çalışdığı diş klinikasında tibb bacısı olub və prezidentin həmin qadından hazırda 17-18 yaşlarında olan bir qızı var.

Mənim bildiyimə görə, prezidentin 5 nəvəsi var və Kərimqulu onların ən böyüyüdür. Amma onun valideylərinin kim olduğu haqda heç nə bilmirəm”.

Farid Taxbatullin deyir ki, Kərimqulunu televiziyada da təbliğ edirlər, məsələn, Türkmənistana gələn Amerika müğənnisi ilə birgə mahnı oxumasını göstərirlər, onun piano çaldığı, rəsm çəkdiyi də məlumdur. “Bir sözlə istedadlı uşaqdır” – deyir Taxbatullin.

Əgər əvvəllər babası əlindən tutub sirkə, konsertə aparırdısa, artıq 12 yaşlı Kərimqulu seçkidə səsvermə məntəqəsində də babasının yanında görünür...

Kərimqulu
Kərimqulu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG