Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Avtovağzalın çat dərdi


Bu videonu AzadlıqRadiosununa adının çəkilməsini istəməyən Bakı sakini göndərib.

Deyir ki, Bakı Beynəlxalq Avtovağzalı qarşısındakı yolda yaranmış çatlarla bağlı problem getdikcə daha da qabarır, amma ərazidə hər hansı təmir işləri aparılmır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində torpaq sürüşməsi və çökmə ötən ilin oktyabrında baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib.

Həmin vaxt əraziyə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunublar, “Azəryolservis”in əməkdaşları yolun çökmə baş verən hissələrində bərkitmə və asfaltlama işləri görüblər.

Ərazinin hazırki durumu ilə bağlı rəsmilərdən mövqe almaq cəhdlərimiz baş tutmadı.

Hələ çökmə baş verən zaman torpaq sürüşməsinə və çökməyə ilkin səbəb kimi yağan güclü yağış göstərilirdi. Ekspertlər isə həmin ərazidə yeraltı sular olmasını və tikintinin düzgün aparılmamasını əsil səbəb hesab edirlər.

---------------

Sən də rastına çıxan maraqlı hadisələri videoya, fotoya çəkib bizə göndərə bilərsən.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

nömrəmiz (+420) 778 711 700

Çəkdiyiniz video və fotoları bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG