Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:30

►Adı bədnam gözəl silah...

“The Guardian” qəzeti yazır ki, dünyada təxminən 200 milyon ədəd “Kalaşnikov” avtomatı (AK47) var. Yəni bu silahdan hər 35 nəfərə biri düşür.

İki il əvvəl 94 yaşında ölən sovet generalı Mikhail Kalaşnikovun hazırladığı və ilk dəfə Sovet Ordusunda 1948-ci ildə istifadə olunan bu silahın 200-dən çox modeli var.

Silah 30-dan artıq ölkədə istehsal olunur. Ən çox da Çində. Ancaq qanuni yolla istehsal olunan bu silahlar qısa vaxtda qara bazara düşür. Çin bu silahı əsasən Afrikaya satır.

Buna da bax: Dollar istəyirsən, vəsiqəni ver...

“BALKAN ÖLKƏLƏRİNDƏ 100 AVROYA SATILIR”

Balkan ölkələrinə göndərilən silahlar ya aşağı maaş alan əsgərlərin “Kalaşnikov”larını satmaları, ya da dövlətlərin digər ölkələrdəki üsyançı qruplara silah satmasıyla qara bazarda peyda olur.

Dünyada ümumilikdə ortalama 1 milyon AK istehsal olunur.

1980-ci illərin, ya da daha əvvəlki illərin istehsalına baxmayaraq, Qərbi Balkan ölkələri, keçmiş sovet respublikaları və Afrikada hələ işlək vəziyyətdə olan on milyonlarla “Kalaşnikov” var.

Ukraynanın şərqindəki rusiyayönümlü separatçı "Kalaşnikov" avtomatı ilə

Ukraynanın şərqindəki rusiyayönümlü separatçı "Kalaşnikov" avtomatı ilə

Təkcə Albaniyada 1997-ci ildə baş verən toqquşmalardan sonra 750 min “Kalaşnikov” yoxa çıxıb.

“Kalaşnikov” silahı davamlılığı ilə də tanınır.

Vasitəçilər tərəfindən yenilənən köhnə tüfənglər terrror qrupları və cinayətkar qrupların əlinə keçir.

Buna da bax: Maşallah Əhmədov evə buraxıldı

“SƏHRADA DA İSTİFADƏ OLUNUR, SİBİRDƏ DƏ”

İngiltərədə yaşayan Mark Mastaglio adlı ballistik silah mütəxəssisi deyir ki, “Kalaşnikov” çox əlverişli bir silahdır: “Ona görə də “Kalaşnikov” daşıyan 12 yaşlı uşaqları da görmək olur. Həm də çox davamlıdır. Səhrada da, Sibirdə istifadə etmək olar. Ona görə də belə məşhurdur”.

Aleksander Radich adlı silah mütəxəssisi deyir ki, 1990-cı illərdə Balkan ölkələrindəki müharibədən sonra hər kəs silahını özüylə evinə aparırdı: “Hər ehtimala qarşı bir neçə il silahlarını özlərində saxladılar. Sonra isə qara bazarda satmağa başladılar. Silahların qiyməti 100 avroya qədər düşdü”.

Avropada bu silahlar 4.500 avroya qədər qiymətə satıla bilir.

Noyabrın 13-də Parisdə 130 nəfər öldürüldüyü hücumlarda istifadə olunan silahların da Balkanlardakı silahlardan olduğu bildirilir.

Buna da bax: Ukraynada qərbyönümlü mitinqçilərə atəş açılır (Arxiv)

Günün bütün mövzuları

XS
SM
MD
LG