Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:10

3 amerikalının qəhrəmanlığına görə təşəkkür


Arras
Arras

Fransa Prezidenti Farancois Hollande ABŞ prezidenti Barack Obamaya 3 amerikalının qəhrəmanlığına görə "ürəkdən təşəkkürünü" bildirib.

Onlar Amsterdamdan Parisə hərəkət edən qatarda Kalaşnikov avtomatı, tapança ilə silahlanmış şəxsi zəzrəsizləşdirə biliblər.

İnsident cümə günü Fransanın şimal-şərqindəki Arras şəhəri yaxınlığında baş verib. Həmin silahlı - 26 yaşlı Mərakeşli həbs olunub.

Hadisə vaxtı hücumçunu yerə yıxaraq tərk-silah etməyə müvəffəq olan 3 amerikalıdan 2-si ABŞ Hərbi Hava Qüvvələrindən olan Spencer Stone və Alek Skarlatos və tələbə Anthony Sadlerdir.

Hadisə yerinə baş çəkən Fransanın Daxili İşlər Naziri olayı “terror aktı” kimi dəyərləndirib.

XS
SM
MD
LG