Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:55

Peterburqda sərnişin avtobusu çaya aşıb. Ölənlər var (Video)


Rusiyanın Sankt Peterburq şəhərinin mərkəzində sərnişin avtobusu Potsuluyev körpüsündən Moyka çayına aşıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Ölənlərin olduğu barədə məlumatlar var.

Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, qəza zamanı avtobusda 20 nəfər olub. TASS xəbər verir ki, 3 sərnişin həlak olub və daha 6 nəfər xəstəxanaya yerləşdirilib.

RIA Novosti fövqəladıə hallar xidmətinə istinadla xəbər verir ki, qəzaya düşənlərdən 4 nəfəri kliniki ölüm vəziyyətindədir və daha iki nəfərin vəziyyəti son dərəcə ağırdır.

Sosial şəbəkələrdə yayılan videolardan belə baş düşülür ki, avtobus çaya düşməzdən əvvəl sürücü onun idarəsini itirib. Bundan başqa avtobus minik avtomobili ilə toqquşub.

Fontanka saytı yazır ki, qəzaya düşənlərin köməyinə ilk gələnlər təsadüfən yaxınlıqdan keçən vətəndaşlar olub.

Onlar sərnişinləri avtobusun damındakı lyuklardan çıxaırır, suya xilasedici qurşaq atırdılar.

Qəza ilə bağlı cinayət işinin qaldırıldığı deyilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG