Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:17

İşsiz qalan sürücülərin etirazı


Avtobus sürücülərinin aksiyası. Foto: Qafqazinfo
Avtobus sürücülərinin aksiyası. Foto: Qafqazinfo

-

Ləğv edilən 18 və 96 saylı marşrut xətlərinin sürücüləri iyunun 11-də Bakıda etiraz aksiyası keçiriblər.

Sürücülər qeyd edilən marşrutların sahibi olan «Xaliq Faiqoğlu» şirkətinin qarşısına toplaşıblar.

Qafqazinfo-nun xəbərinə görə, 200-ə yaxın sürücü şirkət rəhbərliyindən işə bərpa olunmalarını tələb edib. Sürücülər maddi vəziyyətlərinin ağırlığından, bir çoxlarının banklara kredit borclarının olmasından şikayətləniblər.

Saytın xəbərinə görə, şirkət rəhbərliyi sürücülərə aidiyyəti dövlət qurumlarına müraciət edildiyini, problemin həllinə çalışdıqlarını bildirib.

Xəbərdə qeyd edilir ki, sürücülər «BakuBus»ın avtobusları həmin marşrutlara buraxıldıqdan sonra 200-dən artıq şəxsin işsiz qaldığını söyləyiblər.

«BakuBus» MMC Azərbaycanda keçirilən I Avropa Oyunları ərəfəsində fəaliyyətə başlayıb. Müasir avtobuslarla təchiz olunan «BakuBus» Bakıda əksər marşrutlara daxil edilməkdədir.

Prezident ölkənin iqtisadi durumunun müzakirəsi ilə bağlı toplantılarda bir neçə dəfə «BakuBus»ın yaradılmasını sərnişindaşıma sahəsində ciddi irəliləyiş kimi xarakterizə etmişdi.

Bakı Nəqliyyat Agentliyi (BNA) iyunun 9-da 16, 18 və 96 saylı marşrutları xətdən çıxarıb. BNA buna səbəb kimi onların təkmilləşdirmə tələblərinə cavab vermədiyini və təkrarlanan xətlər olmalarını göstərmişdi.

«BU BOYDA SKANDAL KİMƏ LAZIM İDİ?»

«Xaliq Faiqoğlu» MMC-nin direktorunun müavini Fazil Sadıqov isə sürücülərin tələblərini APA-ya izah edərkən, onların haqlı olduğunu söyləyib:

«Sürücülər haqlı olaraq işə bərpa olunmasını tələb edirlər. Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarından sonra bizim 50 avtobusumuz xətlərdən çıxarılıb və hazırda qarajdadır. Beləliklə, 200-ə yaxın sürücü işsiz qalıb. İndi bizdən tələb edirlər ki, onları işə bərpa edək. Necə və hara bərpa edək? Sağ olsun bəzi qurumların rəhbərləri: onların gördüyü işin nəticəsidir ki, 200 nəfər işsiz qalıb. Bu boyda skandal kimə lazım idi? 2005-ci ildən o avtobuslar xətdə işləyir».

O, həmçinin Bakı Nəqliyyat Agentliyinin «BakuBus»a yardım etdiyini qeyd edib.

«Məqsədləri odur ki, bazarda sırf «BakuBus» qalsın», - şirkət rəsmisi deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG