Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:35

'İmmiqrantlar boğulmalıdırlar' şərhinə görə məhkəmə


Miqrantların qayığı batan zaman (arxiv fotosu)
Miqrantların qayığı batan zaman (arxiv fotosu)

Avstriyada miqrant uşaqlar üçün üzgüçülük dərsləri xilasedicinin avtomobilinin şüşələri sındırılandan sonra və yerli qəzetdə miqrantların boğulmalı olduğunu deyəndən sonra böyük qalmaqal yaradıb.

Yerli qəzetlər bu həftə yazıb ki, ölkənin cənub ştatındakı Karintidə bu yay hovuzunda, göllərdə bədbəxt halların qarşısını almaq üçün azyaşlı miqrantlara üzgüçülük dərslərinin keçirilməsi ilə bağlı xəbər verib.

Elə bu ərəfədə naməlum şəxs Volfsberg şəhərində yaşayan bir xilasedicinin maşınının şüşələrini sındırıb. Yerli siyasətçi Heinz Kernjak bu hadisəni online şərhlərdə “nadan və iyrənc” adlandırması ehtirasları qızışdırıb.

Milli “Kurier” qəzeti bu günlərdə üzgüçülük dərslərinin qiymətindən şikayətlənən bir qadının fikirlərinə yer verib. Qadın şikayətlənir ki, qiymətlər vergiödəyiciləri üçün baha olduğu halda, immiqrantlara üzgücülükdən zövq almaq imkanı yaradılıb.

Şərhə görə məhkəməyə verildi

Hətta bir qadın Facebook-da yazıb ki, immiqrantlar boğulmalıdırlar. O, bu şərhini Kurier-in sosial şəbəkələrdə yayılmış məqaləsinin adından yazıb. Qəzet isə nifrət yayan şərhə görə həmin qadını məhkəməyə verib. Bu məsələ kifayət qədər diqqət cəlb edib, çünki ilk dəfədir ki, Avstiryada kimsə sosial şəbəkədə yazdığı şərhə görə məhkəməyə çəkilir.

“Çünki nifrət dolu statuslar artır və “Kurier” nifrət məzmunlu şərhlərin, postların qarşısını almaq üçün səy göstərir”, qəzet öz addımını belə izah edib.

Avstriyaya ötən il 90 min siyasi qaçqın gedib. Avropa Birliyində ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Eyni zamanda, Almaniyanın sərhəd qonşusu Avstriya rasizmin inkişaf etməsi, gəlmələrə qarşı hücumların artması ilə də “öyünə bilər”.

Ötən həftə polis deyib ki, bu günlərdə alova qərq edilmiş,hələ də boş olan Qaçqın Mərkəzinin qəsdən yandırıldığı güman edilir.

Mayda miqrantları qırmaq istəyən yeni nazi həbs olunub. O, dostlarına bu niyyəti barədə danışıbmış. Axtarış zamanı onun evində silah tapılıb.

Bu “axın” antiimmiqrant partiyası kimi tanınan, mayın 22-də prezident seçkisində qələbəyə yaxın olmuş Azadliq Partiyası (FPOe) da dəstəkləyir.

FPOe lideri Heinz-Christian Strache və Almaniyanın Almaniya üçün Alternativ (AfD) partiyasının rəhbəri Frauke Petry bu günlərdə görüşüb əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparıb.

Eyni zamanda, 2017-ci ildə Fransada seçkilərə qatılacaq Milli Cəbhə partiyasının lideri Marine Le Pen Heinz-Christian Strache-lə bu yaxınlarda Avstriyada FPOe-nin təşkil etdiyi “Vətənpərvər Yaz” tədbirinə qatılacaq.

Miqrantlarla bağlı qanunlara dəyişikliklər qəbul edilir

Avstriya Federal Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığınacaq üçün müraciət edən qaçqınların sayı 4 dəfəyədək çoxalıb. 2014-cü ildə 23.860, 2013-cü ildə isə 15.000 nəfər nazirlikdə qeydiyyata alınıb.

Suriya müharibəsindən sonra Avropa ölkələrinə miqrant axını başlayıb. Avropa miqrantların qarşısını almaq üçün yollar axtarır.

Bəzi Avropa ölkələri kimi Avstriya parlamenti də bu ilin aprelində qaçqınlarla bağlı qanuna dəyişiklikləri qəbul edib.

Dəyişikliklər ölkədə sığınacaq alınması qaydalarını sərtləşdirir. Müvəqqəti sığınacaq adı verilən layihəyə əsasən, Avstriyada qaçqın statusu cəmi 3 illiyinə veriləcək. Daha sonra ölkəsində sülh hökm sürərsə, həmin qaçqın öz evinə qayıtmalıdır.

XS
SM
MD
LG