Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

Avropaya yağan yağışların fəsadları üzə çıxır


Almaniyada kələm plantasiyası, 16 iyul 2015

Almaniyada kələm plantasiyası, 16 iyul 2015

Avropaya yağan yağışlar kələmkimiləri azaldır

Bu il az məhsul yığılacağından, gələn il AB ölkələrinin raps idxalı gözlənilən rəqəmləri aşa bilər.

Məhsul yığılarkən yağan güclü yağış bu il Avropa Birliyində (AB-də) toplanan raps (“raps” deyərkən, (lat. Brassica napus) kələmçiçəyikimilər fəsiləsinin kələm cinsinə aid bitki növü nəzərdə tutulur. Ondan xüsusi yağlar alınır – red.) məhsulunun az olacağından xəbər verir. Raps qida və biodizel yağlarının istehsalında geniş istifadə olunan kənd təsərrüfat bitkisidir.

Buna da bax: Prezidentin göstərişi, 2159-cu il və kakao qoxusu...

Rapsın 4 əsas istehsalçısı

"Məhsul tarlalardan yığılarkən, rapsın 4 başlıca istehsalçısının - Fransa, Almaniya, Britaniya və Polşanın ərazisinə aramsız yağış yağıb. Güman ki, nəticədə məhsulun azaldığını görəcəyik. Gələn mövsüm AB-nin raps idxalına tələbi gözlənildiyindən çox ola bilər", - raps ticarəti ilə məşğul olan alman iş adamı belə deyir.

Buna da bax: Kəndli: «Torpaqlarımız kefimizdən boşuna qalmayıb ki?»

Bu il Fransa Avropa Birliyinin ən böyük raps istehsalçısı ola bilər. Məhsul yığımı, demək olar, başa çatıb, ancaq iyulun sonlarından bəri sürən yağış ölkənin şimalındakı rapsı toplayıb bitirməyə imkan verməyib. Mütəxəssislərin sözlərinə görə, bu il Fransada rapsın başına gəlməyən iş qalmayıb: güclü yağışlar, yazda soyuq hava və günəşin az olması.

“Fransadakı məhsul… qan qaraldır”

Raps deyərkən kələmçiçəyikimilər fəsiləsinin kələm cinsinə aid bitki növü nəzərdə tutulur.

Kənd təsərrüfatı sahəsində ixtisaslaşan müstəqil məsləhət şirkəti olan "ODA Groupe"un prezidenti Renaud de Kerpoisson deyir ki, "Fransada toplanan məhsul qan qaraldır, ancaq buğda qədər fəlakətli deyil".

Buna da bax: İqtisadçıdan 'SOS' siqnalı

"ODA Groupe"un hesablamalarına görə, Fransada toplanan məhsul 4,4 milyon tona enəcək. Bu isə ötən ildəkindən 17 faiz azdır.

Başqa bir fransız təhlilçisi "Strategie Grains" bu həftə öz hesablamalarını 4,7 milyon tona endirib. Bu, əvvəlki proqnozdan 400 min ton aşağı göstəricidir.

Almaniyada da yığım ləngiyir

Yağışlar Almaniyada da məhsul yığımını ləngidib. Nəticədə rapsın bir hissəsi göbələk xəstəlikdən və zərərverici cücülərdən ziyan çəkib. Almaniya Fermerlər Assosiasiyası raps məhsulunun yarım milyon ton azalaraq, 5,5 milyon tona enəcəyini proqnozlaşdırır.

Buna da bax: Bahalı quşları məmurlar alırlar [bazardan reportaj]

Britaniyada da məhsul ötən illərə nisbətən daha az olacaq.

"Bu mərhələdə… toplanmış məhsulun son beş ildəkinin orta göstəricisindən 10 faiz az olduğunu görürük", - ixtisaslaşmış məsləhətçi şirkətin - "ADAS"ın təhlilçisi Susan Twining belə deyir.

Cücülərlə mübarizə yetərli deyil?

Təhlilçilər bu il Britaniyada məhsulun azalmasının başqa səbəblərindən də söz açırlar – məsələn, zərərvericilərlə mübarizədə neonikotinoidlərdən az istifadə olunmasından. Bal arısını qorumaq istəyən Avropa Birliyi bu dərmanlardan istifadəni məhdudlaşdırıb.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Mütəxəssislər bu il Britaniyanın 2 milyon ton raps istehsal edəcəyini proqnozlaşdırırlar. Ötən il həmin göstərici 2,54 milyon ton olmuşdu.

"Sparks Polska" təhlil şirkətindən Wojtek Sabaransky-nin sözlərinə görə, Polşada da yağan yağışın məhsul yığımını ləngitmək və məhsul itkisi doğurmaq ehtimalı böyükdür. Şirkəti proqnozlaşdırır ki, Polşada toplanan raps məhsulu 30 faiz azalaraq, 2,2 milyon tona enə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG