Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:00

Gülen tərəfdarlarının yuxusuz gecələri


Fethullah Gülen
Fethullah Gülen

Avropada türkiyəli ilahiyyatçı Fethullah Gülen-ə bağlı məktəblər və mədəniyyət mərkəzləri təhdid olunduqlarını deyirlər.

Bu barədə Politico.eu saytında Maïa De La Baume və Giulia Paravicini yazırlar.

Recep Tayyip Erdoğan hakimiyyəti ABŞ-da yaşayan Fethullah Gülen-i Türkiyədə 15 iyul çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen isə bunu «yalan» adlandırır.

Yazıda qeyd olunur ki, Almaniya, Belçika, Niderland, Fransa və İsveçrədə yaşayan, nüfuzlu Gülen hərəkatıyla əlaqələri olan türklər qorxudulduqlarını, hədələndiklərini söyləyirlər.

ÖLÜMLƏ HƏDƏLƏYİRLƏR

«Çoxumuzu ölümlə hədələyiblər», - Berlində mənzillənən «Stiftung Dialog und Bildung» təşkilatının rəhbəri Ercan Karakoyun bildirir. Bu qurum Gülen-in Avropadakı əsas beyin mərkəzlərindən biridir. «Ölümlə hədələnməyim barədə polisə altı dəfə müraciət etmişəm. Tanıdıqlarımdan çoxu belə edir. Polislə daim əlaqə saxlayıram», - o, sözlərinə əlavə edir.

Buna da bax-'Hizmet' dövlət orqanlarına belə nüfuz edirmiş

Türkiyə kökənli almaniyalı deputat Ozan Ceyhun çevriliş cəhdindən sonra Twitter sosial şəbəkəsində yazıb: «Almaniyadakı gülençilər çoxlu yuxusuz gecələr keçirəcəklər. Bunu şəhidlərimizə borcluyuq».

Ceyhun həmin tviti barədə sayta əlavə şərh verməyib, amma onu deyib ki, Gülen hərəkatının təhlükəli və terrorçu qurum olmasına inanmır.

Gülen-in «Hizmet» hərəkatına bağlı mərkəzlər, məktəblər, birliklər və mağazalar üzləşdikləri təhqirlərdən yazırlar. Onlar sosial şəbəkələrdə təhqir olunur, ölümlə hədələnir, maşınları yandırılır, obyektləri daşa tutulur. Gülençi türklərə məxsus mağazaların boykot olunması çağırışları da səslənir. Bəzi valideynlər övladlarını Gülen şəbəkəsinə aid məktəblərdən çıxarıblar.

ERDOĞAN-A SADİQLİK

«Valideynlər ona görə belə edirlər ki, Türkiyədə biznesləri var, biznesin başına nə isə gələcəyindən qorxurlar. Digər səbəb odur ki, Erdoğan-a sadiqlik göstərmək istəyirlər», -Karakoyun deyir. Onun sözlərinə görə, çevrilişdən bir neçə gün sonra Ştutqart şəhərində bir məktəb polisdən mühafizə istəyib, təhdidlər aldığını deyib.

«Çevrilişdən sonra zorakılıq fenomenal səviyyədə genişlənib», - bunu isə Belçika Türkləri Assosiasiyasının sözçüsü Hüseyin Çakmak deyir. Bu qurumun üzvlərindən çoxu Gülen tərəfdarıdır. «Təhlükəli həddə çatdığından polisə şikayət vermişik».

Buna da bax-Fethullah Gülen, Erdoğan və 'İmamın ordusu'

Onun sözlərinə görə, çevriliş cəhdindən sonrakı həftəsonu iki nəfər qurumun Brüsseldəki binasının pəncərələrini sındırıb. Maşınının üstündə «FETÖ», yəni «Fethullah-ın Terror Təşkilatı» sözlərini yazıblar. Çakmak deyir ki, Belçikada «Hizmet»ə bağlı fərdlər bütün təhdidlərlə bağlı bir bloq da yaradıblar. Tanınmış şəxslərə Türkiyəyə getməmək tövsiyə olunub.

NECƏ ÜRƏK EDİRSİZ?

Karakoyun deyir ki, Almaniyada təhdidlər Türkiyə hökuməti tərəfdarlarından gəlir. Hətta Twitter şəbəkəsində biri onlara xitabən yazıb ki: «Küçədə necə ürəklə gəzə bilirsiniz? Siz asanlıqla ölməyəcəksiniz». Karakoyun Avropada yaşayan türklər Türkiyədə istirahətdən qayıdandan sonra Gülen tərəfdarlarının daha çox təhdid olunacağından qorxur: «Vətənlərində həftələr boyunca türk xəbərlərini eşidib, oxuyublar, indi türk təbliğatını Almaniyaya gətirəcəklər. Durum daha da ağırlaşacaq».

Gülen-in dünyanın 140 ölkəsində ardıcılları və məktəbləri var. «Hizmet» hərəkatı 30 il öncə Avropaya, özəlliklə də Almaniyaya yayılıb. Təkcə Almaniyada 100 minədək Gülen tərəfdarının olduğu bildirilir.

XS
SM
MD
LG