Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

-

"Türkiyə vətəndaşlarına viza rejimi ləğv edilməsə qaçqınlarla bağlı Avropa Birliyinin Türkiyə ilə razılaşması bütünlüklə yerinə yetirilməyəcək".

Bunu Türkiyənin baş naziri Ahmet Davutoğlu Almaniya kansleri Anjela Merkellə görüşdən sonra deyib.

Görüş Türkiyənin Qaziantəpə şəhərində görüşüblər.

Baş nazir Ankaranın bütün şərtlərə əməl etməyə hazır olduqlarını vurğulayıb.

Ahmet Davutoğlu Amnesty International təşkilatının Türkiyənin Suriya qaçqınlarını onların razılığı olmadan geri göndərməsi ilə bağlı ittihamlarını rədd edib.

Davutoğlu bəyan edib ki, AB və Türkiyə arasındakı razılaşma bu gün nəticə verir. Keçən il Türkiyədən Ege dənizi vasitəsilə Avropaya hər gün təxminən 6 min qaçqın gedirdisə, son aylarda bu rəqəm xeyli azalıb.

Merkellə bərabər Türkiyəyə gələn Avropa Birliyinin rəhbəri Donald Tusk da Avropaya qaçqın axınının azalmasını qeyd edib.

Merkel və Donald Tusk Türkiyənin cənubunda miqrantlar üçün uşaq mərkəzinin açılışına qatılıblar.

XS
SM
MD
LG