Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Avropa Komissiyasının sədri Jan Klod Yunker (Jean-Claude Juncker) yeni ABŞ prezidenti seçilmiş Donald Trampı ( Donald Trump) dünya ticarəti, qlobal iqlim, və NATO-dakı müttəfiqlərlə münasibət kimi vacib beynəlxalq problemlərdə mövqeinə aydınlıq gətirməyə çağırıb.

O, noyabrın 10-da Berlində çıxış edərkən deyib ki, Avropa Birliyi yaxın aylarda Vaşinqtondan bu məsələlərə aydınlıq və dəqiqlik gətirilməsini gözləyir.

Əvvəllər heç bir dövlət vəzifəsi tutmayan Donald Tramp, seçkiqabağı kampaniyalar zamanı azad ticarət rejimi, NATO ittifaqı və qlobal iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini kəskin tənqid eləmişdi.

Noyabrın 8-də ABŞ-da keçirilən növbəti prezident seçkisində 289 seçici səsi ilə respublikaçıların namizədi Donald Trup qalib gəlib.

Demokrat partiyasının namizədi Hillari Clinton isə 218 seçici səsi toplaya bilib.

Qələbəni təmin eləmək üçün qalibə 270 seçici səsi lazım idi.

Andiçmə mərasimi yanvarın 20-də olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG